Mirzoyan: Qaz və neft kəmərləri Sünikdən kənarda çəkilə bilər
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində bəzi infrastruktur xətlərinin, o cümlədən qaz və ya neft kəmərlərinin Sünik vilayətindən kənarda çəkilə biləcəyini istisna etməyib.
Gununsesi.info xəbər verir ki, Mirzoyan bu barədə parlamentin Xarici əlaqələr komissiyasında TRIPP layihəsi üzrə müqavilə layihəsini təqdim edərkən danışıb.
Nazir bildirib ki, gələcək dəmir yolu xətti boyunca boru kəmərlərinin necə çəkiləcəyini təsəvvür etmək çətindir. Onun sözlərinə görə, Araz çayı ilə qayalıqlar arasındakı ərazi çox dardır və burada yer məhduddur.
Mirzoyan qeyd edib ki, cənub hissəsindən dəmir yolu və elektrik xətləri, sovet dövründə olduğu kimi, keçirilə bilər. Qaz və neft kəmərlərinin isə Ermənistan ərazisinin digər hissələrindən çəkilməsi mümkündür.
Nazir əlavə edib ki, infrastrukturun keçəcəyi konkret ərazi hələ müəyyənləşdirilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 Oktyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















