Misir Qəzza sərhədindəki Rəfah keçid məntəqəsi sınaq rejimində fəaliyyətə BAŞLADI

01.02.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsi sınaq rejimində fəaliyyətə başlayıb və Misir tərəfi 2 fevral Bazar ertəsi günü tibbi müalicə almaq üçün anklavı tərk etməyə başlayacaq fələstinliləri qəbul etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə Misirin "Əl-Qahera əl-Exbariya" televiziya kanalı məlumat yayıb.

Televiziya kanalının məlumatına görə, hazırda keçidin Misir tərəfində onlarla təcili yardım maşını gözləyir. Misirdəki bütün tibb müəssisələri Qəzzadan gələn xəstələri qəbul etmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib. Aİ missiyasının nümayəndələri keçidin Fələstin tərəfində növbədədirlər.

Yaralı fələstinlilər sonuncu dəfə 2025-ci ilin fevral ayında Rəfah keçid məntəqəsi vasitəsilə Misirə təxliyə edilmişdilər. 2025-ci il ərzində İsrail ordusunun yoxlamalarından sonra humanitar yüklər Kerem Şalom və Əl-Auqa keçid məntəqələrindən Qəzza zolağına çatırdı.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью