Misir Qəzza sərhədindəki Rəfah keçid məntəqəsi sınaq rejimində fəaliyyətə BAŞLADI
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən Rəfah keçid məntəqəsi sınaq rejimində fəaliyyətə başlayıb və Misir tərəfi 2 fevral Bazar ertəsi günü tibbi müalicə almaq üçün anklavı tərk etməyə başlayacaq fələstinliləri qəbul etməyə hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə Misirin "Əl-Qahera əl-Exbariya" televiziya kanalı məlumat yayıb.
Televiziya kanalının məlumatına görə, hazırda keçidin Misir tərəfində onlarla təcili yardım maşını gözləyir. Misirdəki bütün tibb müəssisələri Qəzzadan gələn xəstələri qəbul etmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib. Aİ missiyasının nümayəndələri keçidin Fələstin tərəfində növbədədirlər.
Yaralı fələstinlilər sonuncu dəfə 2025-ci ilin fevral ayında Rəfah keçid məntəqəsi vasitəsilə Misirə təxliyə edilmişdilər. 2025-ci il ərzində İsrail ordusunun yoxlamalarından sonra humanitar yüklər Kerem Şalom və Əl-Auqa keçid məntəqələrindən Qəzza zolağına çatırdı.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 01 Fevral 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















