Misir təyyarədə həlak olan rusların ailələrinin iddialarına yenidən baxacaq | Icma.az
Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir. Misir 2015-ci ilin payızında Sinay səmasında A321 təyyarəsinin partlaması nəticəsin
Teleqraf.com xəbər verir ki, bu barədə "Kommersant" məlumat verib.
Məqalədə deyilir ki, faciə qurbanlarının ailələrinin vəkilləri əldəqayırma partlayıcı qurğunun təyyarəyə buraxılmasına görə Rusiyanın daşıyıcı şirkəti və Misirin hakimiyyət orqanlarına qarşı iddia qaldırıblar.
Qahirənin Kassasiya Məhkəməsi vəkillərin şikayətini icraata götürüb.
Misir hakimiyyətinin mövqeyində dəyişiklik EgyptAir A320 təyyarəsinin 2016-cı il mayın 19-da Aralıq dənizi üzərində qəzaya uğraması ilə bağlı araşdırmanın nəticələrinə dair rəsmi hesabatın dərcindən az sonra baş verib.
Misir aviasiya səlahiyyətliləri Rusiyanın A321 təyyarəsindən 6 ay sonra Aralıq dənizinə düşən təyyarənin də partladıldığı qənaətinə gəliblər.
Ərəb Respublikasının hakimiyyət orqanlarının bu faciələrlə əlaqəsinin olub-olmaması və onların hüquqi baxımdan necə şərh edildiyi barədə hələlik rəsmi məlumat yoxdur.
A321 faciəsi qurbanlarının rusiyalı vəkili Mixail Zaqainov məhkəmənin qərarını şərh edib: "Bu, uzun illərdir və hətta bəzən açıq təhqiramiz imtinalardan sonra müştərilərimizin maraqlarının təmsil olunmasında böyük irəliləyişdir".
Tam oxu
Xəbəri oxu