Icma.az
close
up
RU
Misir təyyarədə həlak olan rusların ailələrinin iddialarına yenidən baxacaq

Misir təyyarədə həlak olan rusların ailələrinin iddialarına yenidən baxacaq

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Misir 2015-ci ilin payızında Sinay səmasında A321 təyyarəsinin partlaması nəticəsində həlak olan rusların qohumlarının iddialarına yenidən baxacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Kommersant" məlumat verib.

Məqalədə deyilir ki, faciə qurbanlarının ailələrinin vəkilləri əldəqayırma partlayıcı qurğunun təyyarəyə buraxılmasına görə Rusiyanın daşıyıcı şirkəti və Misirin hakimiyyət orqanlarına qarşı iddia qaldırıblar.

Qahirənin Kassasiya Məhkəməsi vəkillərin şikayətini icraata götürüb.

Misir hakimiyyətinin mövqeyində dəyişiklik EgyptAir A320 təyyarəsinin 2016-cı il mayın 19-da Aralıq dənizi üzərində qəzaya uğraması ilə bağlı araşdırmanın nəticələrinə dair rəsmi hesabatın dərcindən az sonra baş verib.

Misir aviasiya səlahiyyətliləri Rusiyanın A321 təyyarəsindən 6 ay sonra Aralıq dənizinə düşən təyyarənin də partladıldığı qənaətinə gəliblər. Ərəb Respublikasının hakimiyyət orqanlarının bu faciələrlə əlaqəsinin olub-olmaması və onların hüquqi baxımdan necə şərh edildiyi barədə hələlik rəsmi məlumat yoxdur.

A321 faciəsi qurbanlarının rusiyalı vəkili Mixail Zaqainov məhkəmənin qərarını şərh edib: "Bu, uzun illərdir və hətta bəzən açıq təhqiramiz imtinalardan sonra müştərilərimizin maraqlarının təmsil olunmasında böyük irəliləyişdir".

31 oktyabr 2015-ci ildə Misirin Şarm əl-Şeyx kurortundan Sankt-Peterburqa gedərkən Rusiyanın Koqalymavia aviaşirkətinə məxsus Airbus 321 sərnişin təyyarəsi Misir ərazisində qəzaya uğradı. Nəticədə 224 nəfər öldü. Onların hamısı Rusiya vətəndaşı olub. Hadisənin terror aktı olduğu təsdiqlənib.

Qahirə məhkəməsi faciə nəticəsində həlak olan 30 rusiyalı ailəyə dəymiş mənəvi zərərin ödənilməsini dəfələrlə rədd edib. Qahirə məhkəməsi təyyarənin qəzaya uğramasının terror aktı olduğunu etiraf etmək istəməyib, hadisədə Misir rəsmilərinin də günahı inkar edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 26 Yanvar 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri