Misirdə beynəlxalq sınaq

09.10.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın gənc badmintonçuları Misirin paytaxtı Qahirədə təşkil olunan “BWF Youth Athlete Development Camp 2026” adlı beynəlxalq inkişaf düşərgəsində qüvvələrini sınayıblar.

Futbolpress.az xəbər verir ki, Dünya Badminton Federasiyası (BWF) tərəfindən iki gün müddətində gerçəkləşdirilən bu layihəyə 15 müxtəlif dövlətdən 95-dən çox perspektivli idmançı qatılıb.

Proqram çərçivəsində gənc idmançılar “Shuttle Time Youth Leadership” və Beynəlxalq Olimpiya Komitəsinin “IOC Athlete365+ Self-Discovery” layihələri üzrə keçirilən seminar və təlimlərdə yer alıblar. İştirakçılar liderlik, ünsiyyət qurma və kollektivdə işləmək bacarıqlarını artırmaqla yanaşı, nəzəri, taktiki və texniki hazırlığa yönəlmiş xüsusi məşqlərdə fəallıq göstəriblər.

Misir səfərində Azərbaycanı Ülvi Hüseynov, Əmirxan İmanov, Əli Gözəlov, Yusif Mirələmov, Leyla Camalzadə, Yağmur Quliyeva, Aysel Kazımova və Nəzrin Mehrəlizadə təmsil ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью