Misirdə beynəlxalq sınaq
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın gənc badmintonçuları Misirin paytaxtı Qahirədə təşkil olunan “BWF Youth Athlete Development Camp 2026” adlı beynəlxalq inkişaf düşərgəsində qüvvələrini sınayıblar.
Futbolpress.az xəbər verir ki, Dünya Badminton Federasiyası (BWF) tərəfindən iki gün müddətində gerçəkləşdirilən bu layihəyə 15 müxtəlif dövlətdən 95-dən çox perspektivli idmançı qatılıb.
Proqram çərçivəsində gənc idmançılar “Shuttle Time Youth Leadership” və Beynəlxalq Olimpiya Komitəsinin “IOC Athlete365+ Self-Discovery” layihələri üzrə keçirilən seminar və təlimlərdə yer alıblar. İştirakçılar liderlik, ünsiyyət qurma və kollektivdə işləmək bacarıqlarını artırmaqla yanaşı, nəzəri, taktiki və texniki hazırlığa yönəlmiş xüsusi məşqlərdə fəallıq göstəriblər.
Misir səfərində Azərbaycanı Ülvi Hüseynov, Əmirxan İmanov, Əli Gözəlov, Yusif Mirələmov, Leyla Camalzadə, Yağmur Quliyeva, Aysel Kazımova və Nəzrin Mehrəlizadə təmsil ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 Oktyabr 2026 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















