Misirdə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var

06.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Misirin şərqində Süveyş kanalı yaxınlığında hərbi helikopterin qəzaya uğraması nəticəsində Hərbi Hava Qüvvələrinin iki zabiti həlak olub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Qərib Əbdül Hafiz məlumat verib.

"Helikopter Şaluf bölgəsində (Süveyş kanalının sahilində yerləşir - red.) Hərbi Hava Qüvvələrinin planlı təlimi zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində iki zabit həlak olub", - Misir ordusunun nümayəndəsinin "Facebook"da paylaşdığı bəyanatında qeyd olunub.

İlkin məlumata görə, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью