Misirdə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Misirin şərqində Süveyş kanalı yaxınlığında hərbi helikopterin qəzaya uğraması nəticəsində Hərbi Hava Qüvvələrinin iki zabiti həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Qərib Əbdül Hafiz məlumat verib.
"Helikopter Şaluf bölgəsində (Süveyş kanalının sahilində yerləşir - red.) Hərbi Hava Qüvvələrinin planlı təlimi zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində iki zabit həlak olub", - Misir ordusunun nümayəndəsinin "Facebook"da paylaşdığı bəyanatında qeyd olunub.
İlkin məlumata görə, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.

Misirdə hərbi helikopter qəzaya uğradı: Ölənlər var
06 Noyabr 2024 10:16
Misirdə hərbi helikopter qəzaya uğradı Ölənlər var
06 Noyabr 2024 09:07
Misirdə helikopter qəzaya uğradı Ölənlər var
06 Noyabr 2024 09:21
Misirdə helikopter qəzaya uğradı: Ölənlər var
06 Noyabr 2024 11:40
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb Ölənlər var
09 Dekabr 2024 12:54

