Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Misirin Giza vilayətinin Əl-Ayyat şəhərində iki sərnişin qatarının toqquşması nəticəsində 60-a yaxın insan xəsarət alıb, dörd vaqon relsdən çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Misirin “Masrawy” nəşri məlumat yayıb.
Məlumata görə, qəza Cərza yaşayış məntəqəsi yaxınlığında baş verib. Dəmir yolu sektorundakı mənbənin bildirdiyinə görə, № 134 və № 2010 saylı sərnişin qatarları toqquşub. Nəticədə qatarların dörd vaqonu relsdən çıxıb.
Hadisə yerinə 20 təcili tibbi yardım maşını göndərilib. Vilayətdəki xəstəxanalarda yüksək hazırlıq rejimi elan edilib.
Hazırda operativ xidmətlərin əməkdaşları və dəmir yolu qurumunun nümayəndələri hadisə yerində vəziyyəti qiymətləndirir, qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görürlər.
Qəzanın başvermə səbəbləri və xəsarət alanların dəqiq sayı araşdırılır.