Misirdə iki sərnişin qatarı toqquşub, 60 a yaxın insan xəsarət alıb
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Misirin Giza vilayətinin Əl-Ayyat şəhərində iki sərnişin qatarının toqquşması nəticəsində 60-a yaxın insan xəsarət alıb, dörd vaqon relsdən çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Misirin “Masrawy” nəşri məlumat yayıb.
Məlumata görə, qəza Cərza yaşayış məntəqəsi yaxınlığında baş verib. Dəmir yolu sektorundakı mənbənin bildirdiyinə görə, № 134 və № 2010 saylı sərnişin qatarları toqquşub. Nəticədə qatarların dörd vaqonu relsdən çıxıb.
Hadisə yerinə 20 təcili tibbi yardım maşını göndərilib. Vilayətdəki xəstəxanalarda yüksək hazırlıq rejimi elan edilib.
Hazırda operativ xidmətlərin əməkdaşları və dəmir yolu qurumunun nümayəndələri hadisə yerində vəziyyəti qiymətləndirir, qəzanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görürlər.
Qəzanın başvermə səbəbləri və xəsarət alanların dəqiq sayı araşdırılır.
Bu mövzuda digər xəbərlər:Misirdə sərnişin qatarı ilə mikroavtobus toqquşub: 8 ölü və 12 yaralı
13 Mart 2025 20:02
Misirdə sərnişin qatarı relsdən çıxıb: 3 nəfər ölüb, 54 nəfər yaralanıb
31 Avqust 2025 09:54
Xorvatiyada sərnişin qatarı yük qatarı ilə toqquşub
10 Avqust 2026 00:43
Misirdə sərnişin avtobusu aşdı: 16 ölü
02 Sentyabr 2026 11:28
Almaniyada iki sərnişin avtobusu toqquşub, 30 nəfər xəsarət alıb
24 Fevral 2025 16:35
Baxış sayı:79
Bu xəbər 08 Noyabr 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















