Misli Premyer Liqasında XX tura yekun vurulacaq | Icma.az
Icma.az, Azertag saytına istinadən bildirir. Bakı, 26 yanvar, AZƏRTAC Futbol üzrə Misli Premyer Liqasında XX tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “Araz-Naxçıvan” və “Neftçi” komandaları çıxacaqlar.
"Liv Bona Dea Arena"dakı görüş saat 16:00-da başlayacaq. Günün ikinci oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan
Qarşılaşma saat 18:30-da start götürəcək. Hazırda "köhlən atlar" 50 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
Naxçıvan təmsilçisi 39 xalla ikinci, Tovuz klubu 32 xalla dördüncü, "ağ-qaralar" isə 18 xalla yeddinci sırada yer alıb.
Qeyd edək ki, XX turun açılış matçında “Zirə” səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib.
Digər görüşlərdə isə "Səbail" doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib, "Sabah" - "Sumqayıt" qarşılaşmasında isə qolsuz heç-heçə qeydə alınıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu