Misli Premyer Liqasında XX tura yekun vurulacaq
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 26 yanvar, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XX tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “Araz-Naxçıvan” və “Neftçi” komandaları çıxacaqlar. "Liv Bona Dea Arena"dakı görüş saat 16:00-da başlayacaq.
Günün ikinci oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edəcək. Qarşılaşma saat 18:30-da start götürəcək.
Hazırda "köhlən atlar" 50 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Naxçıvan təmsilçisi 39 xalla ikinci, Tovuz klubu 32 xalla dördüncü, "ağ-qaralar" isə 18 xalla yeddinci sırada yer alıb.
Qeyd edək ki, XX turun açılış matçında “Zirə” səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib. Digər görüşlərdə isə "Səbail" doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib, "Sabah" - "Sumqayıt" qarşılaşmasında isə qolsuz heç-heçə qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 26 Yanvar 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















