Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “TASS” Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.
“Düzdür, bundan əvvəl Azərbaycanda çoxlu müxtəlif genişformatlı tədbirlər keçirilib, lakin indiyədək belə bir böyük tədbir təşkil olunmayıb.
Bir düşünün - 70 mindən çox iştirakçı, onlarla dövlət başçısı!..
Mən bu cür fantastik hazırlığa görə bütün təşkilat komitəsinə, bu təşkilat komitəsinin müxtəlif bölmələrinin rəhbərlərinə ehtiramımı bildirirəm”, - deyə M.Qusman qeyd edib.
O, COP29 məkanının uğurlu seçildiyini vurğulayaraq deyib: “Deməliyəm ki, birincisi, mənə elə gəlir ki, Bakı Stadionunun bütün konfransların mərkəzi kimi seçilməsi çox müdrik qərar idi.
O, təbii olaraq transformasiya olunmuş və Dövlət Başçıları Sammitindən tutmuş jurnalistlərin işinə qədər bütün tədbirlərin keçirilməsi üçün ideal, əlverişli məkana çevrilmişdir.
Bütün bunlar çox yığcam və rahatdır. İkincisi, bu, şəhəri həddindən artıq yükdən azad etdi.