Icma.az
close
up
RU
Mixail Qusman : COP29 böyük uğurla keçir

Mixail Qusman : COP29 böyük uğurla keçir

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “TASS” Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.
“Düzdür, bundan əvvəl Azərbaycanda çoxlu müxtəlif genişformatlı tədbirlər keçirilib, lakin indiyədək belə bir böyük tədbir təşkil olunmayıb. Bir düşünün - 70 mindən çox iştirakçı, onlarla dövlət başçısı!.. Mən bu cür fantastik hazırlığa görə bütün təşkilat komitəsinə, bu təşkilat komitəsinin müxtəlif bölmələrinin rəhbərlərinə ehtiramımı bildirirəm”, - deyə M.Qusman qeyd edib.
O, COP29 məkanının uğurlu seçildiyini vurğulayaraq deyib: “Deməliyəm ki, birincisi, mənə elə gəlir ki, Bakı Stadionunun bütün konfransların mərkəzi kimi seçilməsi çox müdrik qərar idi. O, təbii olaraq transformasiya olunmuş və Dövlət Başçıları Sammitindən tutmuş jurnalistlərin işinə qədər bütün tədbirlərin keçirilməsi üçün ideal, əlverişli məkana çevrilmişdir. Bütün bunlar çox yığcam və rahatdır. İkincisi, bu, şəhəri həddindən artıq yükdən azad etdi. Axı çoxları şübhə ilə yanaşırdı - hamı necə hərəkət edəcək? Hər şey normaldır, hər şey işləyir. Hər şey burada cəmləşib. İdeal şəraitdir. Mən onlarla həmkarım və jurnalistlə, rəsmilərlə, hətta rəhbərlərlə danışdım. Hər kəs, sadəcə, heyrandır. Bu, əlbəttə ki, hər şeyin ən xırda detallarına qədər düşünülmüş olduğundan xəbər verir. Bilirəm ki, bütün bunlar Azərbaycan Prezidentinin sözün əsl mənasında, gündəlik nəzarəti altında baş verib. Bu, həm bütün iş üçün motivasiya və həm də ton təyin edib.
Mən gecə-gündüz COP29-la bağlı hazırlıq işləri ilə məşğul olan insanları birbaşa tanıyıram. Deməliyəm ki, onlar bu tədbirin uğurlu keçməsini təmin etmək üçün bütün canlarını, intellektlərini qoyublar. Nəticələr də dərhal göründü. Düşünürəm ki, burada müzakirə olunan mövzu da bütün bəşəriyyət üçün ən vacib mövzudur. Bu, əlbəttə ki, dramatik iqlim dəyişiklikləri ilə mübarizədə dünyanın səylərini birləşdirməsinin təmin edilməsində böyük rol oynayacaq.
Mənim üçün çox ağrılı olan və hər kəsi narahat etməli olan ən vacib mövzulardan biri Xəzər dənizinin dayazlaşmasıdır. Bu, mənim üçün sadəcə olaraq ürək ağrısı, iztirabdır. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev xüsusi olaraq bu məsələyə diqqət çəkmiş, müvafiq tapşırıqlar verilmişdir.
Beləliklə, müzakirə olunan problemlər bir aya, hətta bir ilə də həll edilə bilməz, amma əsas odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi qlobal həmrəylik, yaşıl dünya uğrunda mübarizədə ümumi səy göstəriləcək. Düşünürəm ki, bu baxımdan artıq bu gün konfransın çox böyük uğurla keçdiyini demək olar”.
M.Qusman əlavə edib ki, o, Rusiya ilə Azərbaycanın fikir ayrılığının olacağı və ya səylərini birləşdirə bilməyəcəyi bir dənə də mövzu bilmir. “Qlobal problemlər, iqlim, ekologiya ilə bağlı hər şey Azərbaycan və Rusiyanı eyni dərəcədə narahat edir. Təbii ki, Rusiya böyük dövlətdir, burada həm də şimal problemləri də var və s. Azərbaycan üçün bu, dediyim kimi, Xəzərin problemidir. Lakin burada qarşılıqlı yardım çox böyük əhəmiyyət kəsb edir”, - deyə M.Qusman sözünü yekunlaşdırıb.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Noyabr 2024 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri