MLS Messini cərimələdi

22.08.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Böyük Futbol Liqasının (MLS) İntizam Komitəsi “İnter Mayami”nin hücumçusu Lionel Messini “Filadelfiya” ilə oyunda baş verən insidentlə bağlı cərimələyib.
Yeniavaz.com
ESPN telekanalına istinadla xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
Hadisə ikinci hissənin əlavə olunmuş vaxtı zamanı baş verib.
Belə ki, Messi “Filadelfiya”nın yarımmüdafiəçisi Kuinn Sallivanla qısa müddət mübahisə edib və bundan sonra argentinalı futbolçu əli ilə onun başına vurub.
MLS mətbuat xidmətinin məlumatına görə, Messi rəqibin üzünə, başına və ya boynuna vurmaqla bağlı liqa qaydalarını pozub.
Messi ilə yanaşı “İnter Mayami”nin qapıçısı Yan Frey də Kuinn Sallivanla insidentə görə cərimələnib.
Cərimənin məbləği açıqlanmayıb.
Oyun Bakı vaxtı ilə 20 avqust gecəsi baş tutub və 2-2 hesabı ilə heç-heçə başa çatıb.
”İnter Mayami”nin qollarından birini Messi vurub. Bu qol hücumçunun atasının ölümündən sonra vurduğu ilk qol olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью