MLS Messini cərimələdi
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Böyük Futbol Liqasının (MLS) İntizam Komitəsi “İnter Mayami”nin hücumçusu Lionel Messini “Filadelfiya” ilə oyunda baş verən insidentlə bağlı cərimələyib.
Yeniavaz.com ESPN telekanalına istinadla xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
Hadisə ikinci hissənin əlavə olunmuş vaxtı zamanı baş verib.
Belə ki, Messi “Filadelfiya”nın yarımmüdafiəçisi Kuinn Sallivanla qısa müddət mübahisə edib və bundan sonra argentinalı futbolçu əli ilə onun başına vurub.
MLS mətbuat xidmətinin məlumatına görə, Messi rəqibin üzünə, başına və ya boynuna vurmaqla bağlı liqa qaydalarını pozub.
Messi ilə yanaşı “İnter Mayami”nin qapıçısı Yan Frey də Kuinn Sallivanla insidentə görə cərimələnib.
Cərimənin məbləği açıqlanmayıb.
Oyun Bakı vaxtı ilə 20 avqust gecəsi baş tutub və 2-2 hesabı ilə heç-heçə başa çatıb.
”İnter Mayami”nin qollarından birini Messi vurub. Bu qol hücumçunun atasının ölümündən sonra vurduğu ilk qol olub.
Baxış sayı:67
Bu xəbər 22 Avqust 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















