“Mobil telefon uşaqlarda xərçəngyaradır” iddiası həkimdən SOS! | Icma.az
News24 saytından alınan məlumata görə, Icma.az bildirir. Bakıda qalxanabənzər vəzin xərçənginə yoluxma halları sürətlə artıb.
Bu barədə həkim-endokrinoloq Sadiq Bəbirov bildirib. O, uşaqlarda bu cür patologiyaların daha çox olduğuna diqqət çəkir.
“Xəstəlik həndəsi silsilə ilə artmaqda davam edir. Mən hər həftə 20 yaşından kiçik ən az üç nəfər gənc insanı qalxanabənzər vəzin xərçəngind
Təsəvvür edin ki, Azərbaycanda mənim kimi neçə cərrah xərçəngəbənzər vəzi əməliyyat edir.
Biz analiz (anamnez) toplayırıq: ailələrdə xərçəng xəstəliyi olmayıb.
Sorğu nəticəsində məlum olur ki, xəstələnən gənclər mobil telefonlardan çox istifadə edirlər”.Həkim öz videomüraciətində valideynləri uşaqları mobil telefonların istifadəsindən uzaq tutmağa, uşaqlara telefon lazımdırsa, şüalanmaya qarşı qoruyucu vasitələrdən istifadə etməyə çağırır.“Qalxanabənzər vəz şüalanmaya ən tez cavab verən orqandır, şüalanmaya cavab verən orqanda xərçəng xəstəliklərinin artması həddən artıq çox olur.
Ona görə diqqətli olun”, - həkim qeyd edib.Qalxanabənzər vəzin xərçəngi qalxanabənzər vəzin sağlam eptelial hüceyrələrinin degenerasiyasından və sonradan şiş əmələ gəlməsindən ibarət olan bədxassəli patologiyadır.
Bu, nisbətən nadir xəstəliklərdən hesab olunur və ona bütün onkoloji patologiyaların cəmi 1,5%-də rast gəlinir.
Tam oxu
Xəbəri oxu