“Modern Construction Group”un nizamnamə kapitalı 6 dəfədən çox azaldılır

27.11.2026

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kompleks mühəndis həlləri və  sənaye tikintisi üzrə xidmətlər təklif edən “Modern Construction Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı 6 dəfədən çox azaldılır.

Marja.az xəbər verir ki, “Modern Construction Group” MMC-nin təsisçiləri cəmiyyətin nizamnamə kapitalının 1 milyon 880 min manatdan 310 min manata azaldılacağını elan ediblər.

Beləliklə, şirkətin nizamnamə kapitalı 1 milyon 570 min manat və ya 83,5 faiz azaldılır.

Elan edilən məlumatda nizamnamə kapitalının azaldılmasının səbəbləri açıqlanmayıb.

Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən, “Modern Construction Group” MMC 3 may 2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Arif Avtandil oğlu Quliyevdir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 25B, 5-ci mərtəbədir.

24 ildən artıq müddətdir dövlət qeydiyyatında olan “Modern Construction Group” MMC aktiv vergi ödəyicisidir, ƏDV qeydiyyatındadır və riskli vergi ödəyicisi hesab edilmir. Şirkətin təqdim edilmiş məlumatlara əsasən vergi borcu yoxdur.

Dövlət reyestrindən sonuncu çıxarış 23 noyabr 2026-cı il tarixində verilib. Vergi məlumat bazasında şirkətin nizamnamə kapitalı hələlik 1 milyon 880 min manat olaraq göstərilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью