“Modern Construction Group”un nizamnamə kapitalı 6 dəfədən çox azaldılır
Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kompleks mühəndis həlləri və sənaye tikintisi üzrə xidmətlər təklif edən “Modern Construction Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı 6 dəfədən çox azaldılır.
Marja.az xəbər verir ki, “Modern Construction Group” MMC-nin təsisçiləri cəmiyyətin nizamnamə kapitalının 1 milyon 880 min manatdan 310 min manata azaldılacağını elan ediblər.
Beləliklə, şirkətin nizamnamə kapitalı 1 milyon 570 min manat və ya 83,5 faiz azaldılır.
Elan edilən məlumatda nizamnamə kapitalının azaldılmasının səbəbləri açıqlanmayıb.
Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən, “Modern Construction Group” MMC 3 may 2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Arif Avtandil oğlu Quliyevdir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 25B, 5-ci mərtəbədir.
24 ildən artıq müddətdir dövlət qeydiyyatında olan “Modern Construction Group” MMC aktiv vergi ödəyicisidir, ƏDV qeydiyyatındadır və riskli vergi ödəyicisi hesab edilmir. Şirkətin təqdim edilmiş məlumatlara əsasən vergi borcu yoxdur.
Dövlət reyestrindən sonuncu çıxarış 23 noyabr 2026-cı il tarixində verilib. Vergi məlumat bazasında şirkətin nizamnamə kapitalı hələlik 1 milyon 880 min manat olaraq göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 27 Noyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















