Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hindistanın baş naziri Narendra Modi bildirib ki, ABŞ prezidenti Donald Trampın hind-amerikan münasibətlərinə verdiyi müsbət qiymətlə tam razıdır.
Bizimyol.info xəbər verir ki, Baş nazir bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
“Onun bizim münasibətlərə verdiyi müsbət qiyməti dərin minnətdarlıqla qarşılayıram və prezident Trampın hisslərini tamamilə paylaşırəm.
Hindistan və ABŞ arasında çox yaxşı və perspektivli, bütün sahələri əhatə edən qlobal strateji tərəfdaşlıq mövcuddur”, - deyə Modi yazıb.
Cümə günü Ağ Evin jurnalistləri ABŞ prezidentindən "Truth Social" platformasında yazdığı, ABŞ-ın Hindistanı və Rusiyanı itirib, onları Çinə verilməsi barədəki paylaşımına münasibət bildirməsini xahiş ediblər.
“Bunun belə olduğunu düşünmürəm”, - deyə prezident cavab verərək, öz mesajını təkzib edib.
Həmçinin, o, Hindistan və ABŞ arasında, habelə özünün Modi ilə olan əlaqələrinin xüsusi olduğunu, eləcə də buna görə narahat olmağa heç bir səbəb olmadığını vurğulayıb.