Icma.az
close
up
RU
Modi: Hindistan və ABŞ arasında perspektivli tərəfdaşlıq mövcuddur

Modi: Hindistan və ABŞ arasında perspektivli tərəfdaşlıq mövcuddur

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hindistanın baş naziri Narendra Modi bildirib ki, ABŞ prezidenti Donald Trampın hind-amerikan münasibətlərinə verdiyi müsbət qiymətlə tam razıdır.

Bizimyol.info xəbər verir ki, Baş nazir bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

“Onun bizim münasibətlərə verdiyi müsbət qiyməti dərin minnətdarlıqla qarşılayıram və prezident Trampın hisslərini tamamilə paylaşırəm. Hindistan və ABŞ arasında çox yaxşı və perspektivli, bütün sahələri əhatə edən qlobal strateji tərəfdaşlıq mövcuddur”, - deyə Modi yazıb.

Cümə günü Ağ Evin jurnalistləri ABŞ prezidentindən "Truth Social" platformasında yazdığı, ABŞ-ın Hindistanı və Rusiyanı itirib, onları Çinə verilməsi barədəki paylaşımına münasibət bildirməsini xahiş ediblər. “Bunun belə olduğunu düşünmürəm”, - deyə prezident cavab verərək, öz mesajını təkzib edib. Həmçinin, o, Hindistan və ABŞ arasında, habelə özünün Modi ilə olan əlaqələrinin xüsusi olduğunu, eləcə də buna görə narahat olmağa heç bir səbəb olmadığını vurğulayıb.

Eyni zamanda, Tramp Hindistanın böyük həcmdə rus nefti alması qərarına görə, bir daha məyusluğunu ifadə edib.

ABŞ, 6 avqust tarixində Hindistana qarşı əlavə olaraq 25% gömrük rüsumu tətbiq edib, çünki Hindistan rus nefti və neft məhsulları alıb. Nəticədə, Hindistandan idxal edilən mallar və xidmətlərə tətbiq edilən tariflər 50%-ə qədər yüksəlib. Tramp, Hindistanı tənqid edərək bildirib ki, ölkə həmişə hərbi avadanlıqların əksəriyyətini Rusiyadan alıb və “Çinlə yanaşı, Rusiyanın enerji resurslarının ən böyük alıcısıdır.” Hindistanın Xarici İşlər Nazirliyi ABŞ-ın rus nefti ilə bağlı mövqeyini əsassız adlandırıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri