Modriç karyerasındakı hansı mükafatı ən dəyərli sayır?

15.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Real Madrid"in və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç qazandığı çoxsaylı kuboklardan hansını ən dəyərli hesab etdiyini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, "Madrid Xtra" 39 yaşlı xorvatiyalının bu haqda fikirlərini belə təqdim edib: 

“Məni ən çox maraqlandıran şəxsi qənimətlərim yox, komanda kuboklarıdır. Ən çox dəyər verdiyim kuboku  seçməli olsaydım, bu, 2014-cü ildə qazandığımız Çempionlar Liqası olardı. Həmin turnir komanda, bütün klub və azarkeşlər üçün həqiqətən də xüsusi idi. Bu, "Real Madrid"in Çempionlar Liqasındakı onuncu qələbəsi idi. Axı 10 ən çox sevdiyim rəqəmdir”.

Qeyd edək ki, Modriç "Real Madrid" tarixinin ən titullu oyunçusudur. Onun hesabında 27 kubok var. 

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью