Modriç karyerasındakı hansı mükafatı ən dəyərli sayır?
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Real Madrid"in və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç qazandığı çoxsaylı kuboklardan hansını ən dəyərli hesab etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Madrid Xtra" 39 yaşlı xorvatiyalının bu haqda fikirlərini belə təqdim edib:
“Məni ən çox maraqlandıran şəxsi qənimətlərim yox, komanda kuboklarıdır. Ən çox dəyər verdiyim kuboku seçməli olsaydım, bu, 2014-cü ildə qazandığımız Çempionlar Liqası olardı. Həmin turnir komanda, bütün klub və azarkeşlər üçün həqiqətən də xüsusi idi. Bu, "Real Madrid"in Çempionlar Liqasındakı onuncu qələbəsi idi. Axı 10 ən çox sevdiyim rəqəmdir”.
Qeyd edək ki, Modriç "Real Madrid" tarixinin ən titullu oyunçusudur. Onun hesabında 27 kubok var.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 15 Noyabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















