Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kişineu, 11 may, AZƏRTAC Moldovanın paytaxtı Kişineu şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, anım tədbirində Azərbaycanın Kişineudakı səfirliyinin, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) rəhbərliyi, Moldova Parlamentinin deputatları, xarici diplomatik korpusların rəhbərləri, yerli ictimai-siyasi xadimlər, diaspor fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini anıblar.Sonra səfirlikdə keçirilən tədbirdə çıxış edən ölkəmizin Moldovadakı səfiri Ülvi Baxşəliyev görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında misilsiz rolu və xidmətləri haqqında ətraflı məlumat verib.
Səfir bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan və Moldova münasibətlərinin memarıdır.“Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir.
Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib.
Ümummilli Liderin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan sürətlə inkişaf edir”, deyə səfir vurğulayıb.Tədbirdə iştirak edən Moldova Respublikası Parlamentinin deputatı, Azərbaycanla Dostluq Qrupunun sədri Vitali Yakot bildirib ki, Heydər Əliyev həyat və yaradıcılığı böyük dövlət xadiminin, uzaqgörən rəhbərliyin bütöv bir xalqı necə dəyişdirə biləcəyinin parlaq nümunəsidir.“Heydər Əliyevin sarsılmaz iradəsi və dərin ağılı sayəsində müasir, güclü və suveren Azərbaycanın əsasları qoyuldu.
Heydər Əliyev təkcə siyasətçi deyil, həm də ölkənin rifah və sabitliyi yolunda sınaqlardan və çətinliklərdən keçərək rəhbərlik etdiyi strateq idi.
Onun qətiyyətli fəaliyyəti və müdrik qərarları sayəsində Azərbaycan dünya miqyasında layiqli yerini tutan çiçəklənən dövlətə çevrilib.