Icma.az
close
up
RU
Moldavalı deputat: Heydər Əliyevin sarsılmaz iradəsi ilə suveren Azərbaycanın əsasları qoyuldu

Moldavalı deputat: Heydər Əliyevin sarsılmaz iradəsi ilə suveren Azərbaycanın əsasları qoyuldu

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kişineu, 11 may, AZƏRTAC

Moldovanın paytaxtı Kişineu şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, anım tədbirində Azərbaycanın Kişineudakı səfirliyinin, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) rəhbərliyi, Moldova Parlamentinin deputatları, xarici diplomatik korpusların rəhbərləri, yerli ictimai-siyasi xadimlər, diaspor fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini anıblar.

Sonra səfirlikdə keçirilən tədbirdə çıxış edən ölkəmizin Moldovadakı səfiri Ülvi Baxşəliyev görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında misilsiz rolu və xidmətləri haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan və Moldova münasibətlərinin memarıdır.

“Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir. Məhz ona görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad edib. Ümummilli Liderin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan sürətlə inkişaf edir”, deyə səfir vurğulayıb.

Tədbirdə iştirak edən Moldova Respublikası Parlamentinin deputatı, Azərbaycanla Dostluq Qrupunun sədri Vitali Yakot bildirib ki, Heydər Əliyev həyat və yaradıcılığı böyük dövlət xadiminin, uzaqgörən rəhbərliyin bütöv bir xalqı necə dəyişdirə biləcəyinin parlaq nümunəsidir.

“Heydər Əliyevin sarsılmaz iradəsi və dərin ağılı sayəsində müasir, güclü və suveren Azərbaycanın əsasları qoyuldu. Heydər Əliyev təkcə siyasətçi deyil, həm də ölkənin rifah və sabitliyi yolunda sınaqlardan və çətinliklərdən keçərək rəhbərlik etdiyi strateq idi. Onun qətiyyətli fəaliyyəti və müdrik qərarları sayəsində Azərbaycan dünya miqyasında layiqli yerini tutan çiçəklənən dövlətə çevrilib. Heydər Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan öz dövlətçiliyinə, parlamentinə, Konstitusiyasına qovuşdu, müxtəlif mülkiyyət formalarına əsaslanan yeni ictimai münasibətlər sistemi qurmağa, bazar iqtisadiyyatını inkişaf etdirməyə, enerji sektorunu inkişaf etdirməyə başladı. Bu, əlbəttə ki, asan yol deyildi, eyni zamanda, irəliyə doğru böyük bir addım idi. Prioritet istiqamət dünya sivilizasiyasının dəyərlərinə əsaslanan hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu oldu”, - deyə moldovalı deputat qeyd edib.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov isə çıxışında bildirib ki, Heydər Əliyev milli birlik və tərəqqi rəmzi idi.

“Ulu Öndərin irsi bu gün də öz aktuallığını qoruyub saxlayır, bizi özümüzdən daha yaxşı olmağa ruhlandırmaqda davam edir. Heydər Əliyevin doğum günü Azərbaycan xalqı üçün mühüm tarixdir. Onun qeyd olunması ölkənin inkişafına və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə verdiyi töhfəyə hörmətin simvoludur. Bu tarixə həsr olunmuş tədbirlər Azərbaycan diasporunun fəal olduğu bir çox ölkələrdə hər il keçirilir və xaricdə nəsillər arasında əlaqəni gücləndirmək və mədəni kimliyi qoruyub saxlamaq üçün fürsətə çevrilir”, - deyə diaspor rəhbəri vurğulayıb.

Tədbirdən sonra Ümumilli Liderin həyat və yaradıcılığına həsr olunan sərgiyə baxış keçirilib.

Moldovadakı Azərbaycan diasporunun nümayəndəsi, istedadlı skripka ifaçısı Rəşad Sadıqovun bayram əhvali-ruhiyyəsini daşıyan parçalarla çıxışı tədbir proqramının musiqili hissəsini daha da gözəlləşdirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 May 2025 05:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri