Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moldova aktiv şəkildə Azərbaycanla uzunmüddətli qaz tədarükü müqavilələrinin bağlanması imkanlarını axtarır.
Bunu Trend-ə Moldovanın Energetika nazirliyinin dövlət katibi Karolina Novak Bakı Enerji Həftəsi çərçivəsində özəl müsahibəsində deyib.
"Biz Azərbaycanla uzunmüddətli əməkdaşlığa ümid bəsləyirik. Enerji sahəsində, xüsusilə də qaz tədarükü istiqamətində əlaqələrimizi gücləndir
Eyni zamanda Azərbaycan tərəfinə Moldovaya investisiya yatırımı imkanlarını nəzərdən keçirməyi təklif etdim.
Səfərim Azərbaycan tərəfdaşlarına aydın və pozitiv siqnal vermək məqsədi daşıyır: Moldova investisiyalarla maraqlanır və əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.
Biz Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın Moldovanın enerji sektorundakı hərraclarda iştirakını alqışlayırıq, eyni zamanda "Energocom" şirkəti ilə danışıqlara və ölkəmizin bazarına çıxmaq imkanlarını - istər uzunmüddətli müqavilələrlə, istərsə də tenderlərdə iştirak yolu ilə - nəzərdən keçirməyə dəvət edirik", - deyə o bildirib.
Novak hazırda Azərbaycanın Moldovaya birbaşa qaz tədarükü həyata keçirə bilən yeganə istehsalçı ölkə olduğunu vurğulayıb.