Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Moldova Azərbaycanla uzunmüddətli qaz müqavilələrinin bağlanmasında maraqlıdır Nümayəndə heyətinin rəhbəri

Moldova Azərbaycanla uzunmüddətli qaz müqavilələrinin bağlanmasında maraqlıdır Nümayəndə heyətinin rəhbəri

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moldova aktiv şəkildə Azərbaycanla uzunmüddətli qaz tədarükü müqavilələrinin bağlanması imkanlarını axtarır.

Bunu Trend-ə Moldovanın Energetika nazirliyinin dövlət katibi Karolina Novak Bakı Enerji Həftəsi çərçivəsində özəl müsahibəsində deyib.

"Biz Azərbaycanla uzunmüddətli əməkdaşlığa ümid bəsləyirik. Enerji sahəsində, xüsusilə də qaz tədarükü istiqamətində əlaqələrimizi gücləndirmək istəyirik. Eyni zamanda Azərbaycan tərəfinə Moldovaya investisiya yatırımı imkanlarını nəzərdən keçirməyi təklif etdim. Səfərim Azərbaycan tərəfdaşlarına aydın və pozitiv siqnal vermək məqsədi daşıyır: Moldova investisiyalarla maraqlanır və əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Biz Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın Moldovanın enerji sektorundakı hərraclarda iştirakını alqışlayırıq, eyni zamanda "Energocom" şirkəti ilə danışıqlara və ölkəmizin bazarına çıxmaq imkanlarını - istər uzunmüddətli müqavilələrlə, istərsə də tenderlərdə iştirak yolu ilə - nəzərdən keçirməyə dəvət edirik", - deyə o bildirib.

Novak hazırda Azərbaycanın Moldovaya birbaşa qaz tədarükü həyata keçirə bilən yeganə istehsalçı ölkə olduğunu vurğulayıb.

"Moldova dövlətə məxsus 'Energocom' şirkəti vasitəsilə Azərbaycanlı tədarükçülərlə uzunmüddətli qaz müqavilələrinin bağlanması istiqamətində səylər göstərir. Hazırkı danışıqlarda əsas problemlərdən biri Vertikal Dəhliz üzrə tranzit tariflərinin yüksək olmasıdır. Moldova hesab edir ki, regionun nəqliyyat sistemləri operatorları arasında əlaqələndirmə və vahid və ya azaldılmış tarif strukturunun razılaşdırılması uzunmüddətli razılaşmaların əldə olunması üçün əlverişli şərait yaradacaq. Bu məqsədlə biz region ölkələri ilə aktiv danışıqlar aparırıq və tariflərin aşağı salınması imkanlarını araşdırırıq. Məqsədimiz Azərbaycandan təbii qaza daha rəqabətli çıxışı təmin etmək və regionda enerji təhlükəsizliyini gücləndirməkdir", - deyə dövlət katibi qeyd edib.

O bildirib ki, Moldova Cənub Qaz Dəhlizinə strateji sadiqliyini nümayiş etdirərək Yunanıstan-Bolqarıstan interkonnektorundan istifadə edən ilk ölkə olub və Aleksandrupolisdəki mayeləşdirilmiş təbii qaz (LPG) terminalı vasitəsilə idxaldan faydalanan ilk ölkələrdən biridir.

"Moldova qazın şaquli kəməri vasitəsilə daşınmasının səmərəliliyini sübut edib və təbii qazı Ukraynanın yeraltı anbarlarına nəql edib. Təbii qaz ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında hələ də əsas rol oynayır, ələlxüsus da bərpa olunan enerji mənbələrinin payının artdığı bir dövrdə balanslaşdırıcı mənbə olaraq . Azərbaycan isə qaz tədarükü marşrutlarının şaxələndirilməsi və regional enerji əməkdaşlığının dərinləşdirilməsi strategiyamızda, xüsusilə Cənub Qaz Dəhlizi və Trans-Balkan qaz kəməri vasitəsilə, həlledici rol oynamaq potensialına malikdir", - deyə dövlət katibi əlavə edib.

O həmçinin bildirib ki, Moldova enerji şaxələndirilməsi istiqamətində qəti addımlar ataraq "Qazprom" vasitəsilə qaz idxalını tam dayandırıb.

"Bu geriyə dönüşü olmayan keçid Ukrayna və Rumıniya ilə şəbəkələrarası bağlantıların genişləndirilməsi, daxili qaz bazarının liberallaşdırılması və beynəlxalq tədarükçülərin bazara çıxması sayəsində mümkün olub. Bu kontekstdə Azərbaycan - Cənub Qaz Dəhlizinin əsas tədarükçüsü olaraq - Rusiya qazına strateji əhəmiyyətli və dəyərli alternativi təmsil edir. 2020-ci ildən müasirləşdirilən və texniki yenilənmələri davam edən Trans-Balkan qaz kəməri sayəsində Moldova Yunanıstan və Bolqarıstan üzərindən Avropa İttifaqı bazarlarına bağlanan interkonnektorlar vasitəsilə Azərbaycan qazına birbaşa çıxış əldə edir", - deyə o vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, Azərbaycanın təbii qaz təchizatı rəqabətə əsaslanan və şaxələndirilmiş təchizat mühitinin formalaşmasına töhfə verə bilər.

"Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə rəqabətli qiymətlərlə tədarük etməklə Moldovanın şaxələndirmə strategiyasını dəstəkləyə, Trans-Balkan və Şaquli dəhlizlər vasitəsilə ölkənin resurslara çıxışını gücləndirə və regional əməkdaşlığı Aİ standartlarına və bazar liberallaşdırılması məqsədlərinə uyğun şəkildə möhkəmləndirə bilər",- deyə Karolina Novak sonda qeyd edib.

Moldovanın "Black Sea Cable" layihəsinə marağı

Karolina Novak Azərbaycanın bərpaolunan enerji sahəsində böyük təəsürat doğuran görüşə malik olduğunu vurğulayıb və Moldovanın da belə bir əməkdaşlıqda iştirak etmək istədiyini dilə gətirib.

"Biz "Black Sea Cable" layihəsində iştirak etməkdə maraqlıyıq. Bu layihənin katibliyi Buxarestdə yerləşir və rumın tərəfdaşlarla çox yüksək səviyyəli qarşılıqlı fəaliyyətimiz var. İlk növbədə biz iştirak üçün hansı prosedurlardan keçməyin vacib olduğunu anlamaq istəyirik", - Novak bildirib.

Dövlət katibi əlavə edib ki, Moldova həm enerji təhlükəsizliyini, həm də "yaşıl" gələcəyə keçid yolunda dayanıqlılığı təmin edən balanslaşdırılmış enerji strategiyasına sadiqdir.

"Son dörd ildə Moldova bərpa olunan enerji mənbələri üzrə gücü səkkiz dəfə artırıb, bu yaxınlarda isə ümumi gücü 165 MVt olan günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi üçün hərraclara start verib və ilin sonuna qədər enerji şəbəkəsinin sabitliyini artırmaq məqsədilə enerji saxlama sistemlərini (BESS) işə salmağı planlaşdırır. 2025-ci il aprelin 11-də Moldovanın Davamlı Enerji üzrə Milli Mərkəzi (IP CNED) ilə Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri üzrə Agentliyi arasında enerji səmərəliliyi və bərpa olunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının işçi sessiyası çərçivəsində imzalanıb", - deyə o qeyd edib.

Novakın sözlərinə görə, Memorandumda müəyyən edilmiş əsas əməkdaşlıq istiqamətləri aşağıdakılardır:

- Bərpa olunan enerji mənbələrinin təşviqi ilə bağlı qanunvericilik, tədqiqat və digər materiallar üzrə informasiya mübadiləsi;

- Bərpa olunan enerji texnologiyalarının inkişafı, enerji səmərəliliyinin artırılması və innovativ həllərin yaradılmasına yönəlmiş elmi tədqiqat sahəsində əməkdaşlıq;

- Akkumulyator texnologiyaları, hidrogen və "ağıllı şəbəkə" (smart grid) daxil olmaqla enerji səmərəli texnologiyaların və həllərin tətbiqi üzrə bilik və təcrübə mübadiləsi.

Novak vurğulayıb ki, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində - xüsusilə yaşayış və ictimai sektorda - əhəmiyyətli irəliləyişlərə baxmayaraq, təbii qaz elektrik enerjisi istehsalı üçün mühüm komponent və qeyri-sabit bərpa olunan generasiyanın balanslaşdırılması üçün çevik resurs olaraq qalmaqdadır.

"Azərbaycan kimi ölkələrlə tərəfdaşlıq sabit, şaxələndirilmiş və uzunmüddətli qaz tədarükünün təmin edilməsi baxımından həlledici əhəmiyyətə malikdir ki, bu da Moldovaya enerji təchizatının etibarlılığını "təmiz" enerji mənbələrinə keçid dövründə saxlamağa imkan verir. Azərbaycanla Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq Avropa enerji standartlarına uyğundur, bazarların inteqrasiyasına, şəffaflığa və vahid tarif strukturunun hazırlanmasına xidmət edir. Bu marşrutların kommersiya baxımından səmərəliliyinin və davamlılığının təmin edilməsi, o cümlədən tariflərin uzlaşdırılması Moldovaya Aİ-nin enerji təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsindəki məqsədlərinə çatmağa kömək edəcək, eyni zamanda təbii qaza etibarlı çıxışı qoruyub saxlayacaq. Nəticədə Azərbaycanın rolu Moldovanın iki əsas məqsədinə - enerji təhlükəsizliyi və karbonsuzlaşdırmaya - çatmasına töhfə verir, Avropa standartlarına uyğun dayanıqlı və etibarlı enerji sisteminin formalaşmasına şərait yaradır", - deyə dövlət katibi bildirib.

Moldovanın enerji keçidi

Karolina Novak son illər Moldovanın enerji sahəsində əhəmiyyətli trasnformasiya mərhələsindən keçdiyini diqqətə çatdırıb.

"Hər şeydən əvvəl, 2022-ci ildən etibarən biz Rusiya qazından tamamilə imtina etmişik. İlk dəfə olaraq Transbalkan qaz kəmərini sınaqdan keçirdik və Şaquli dəhlizdən istifadə etdik. Dövlət şirkəti olan "Energocom" həmçinin Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə qaz alıb. Üstəlik, 2022-ci ilin müəyyən bir dövründə biz Ukraynadakı yeraltı qaz anbarlarının ən iri istifadəçilərindən biri olduq. Elektrik enerjisi sahəsində isə biz Rumıniya ilə birləşdirici elektrik ötürmə xəttinin tikintisini başa çatdırmağa çalışırıq. 2022-ci il martın 16-da Avropanın kontinental enerji sisteminə qoşulmağımız isə böyük bir nailiyyət oldu ki, bu da bizə Rumıniyadan elektrik enerjisi idxal etməyimizə imkan verdi", - deyə o bildirib.

Dövlət katibi həmçinin, Moldovanın bərpa olunan enerji sahəsindəki təsirli uğurlarını vurğulayıb.

"Son dörd ildə biz "yaşıl" enerji istehsalı güclərini səkkiz dəfə artırmışıq. Hazırda əsas vəzifəmiz çevikliyi qorumaq və elektrik enerjisi təchizatında sabitliyi təmin etməkdir. Paralel olaraq bu ilin sonuna qədər 'bir gün əvvəldən' və gün­daxili bazarları sınaqdan keçirməyi planlaşdırırıq ki, bu da bərpa olunan enerji istehsalçılarına həmin bazarlarda birbaşa elektrik enerjisi satmağa imkan verəcək. Bundan əlavə, biz Rumıniya ilə 400 kV-luq daha bir elektrik ötürmə xəttinin inşasını planlaşdırırıq və ümid edirik ki, 2027-ci ilin sonuna qədər bu layihəni tamamlayacağıq. Elə həmin tarixə qədər enerji sahəsində Avropa qanunvericiliyinin transpozisiyasını da yekunlaşdıracağımıza ümid edirik", - deyə Karolina Novak yekunlaşdırıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 İyun 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri