Icma.az bildirir, Ayna portalına istinadən. Ölkənin “Qazprom”a borcu 709 milyon dollar təşkil edir Moldova “Qazprom”un borclarına görə Rusiy
AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, ölkənin qaz borcu 709 milyon dollar təşkil edir.
Ekspertlərin fikrincə, “Qazprom”un auditi bu məbləği təsdiqləyib.
Bildirilib ki, Moldovaya 433 milyon dollar məbləğində cərimələr nəzərə alınmadan borcunu ödəməyə icazə verilə bilər.
Materialda deyilir ki, əgər Moldova borcu qaytarmasa, o, Rusiya qazından məhrum qala bilər.
Çünki müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi müqavilənin ləğvi üçün əsasdır. “Moldova uzun illərdir ki, borc yığır.
Açığı, Moldova hakimiyyəti Rusiya tərəfindən sonsuz səbrə ümid edir.
Amma buna gec-tez son qoyulacaq”, - deyə müstəqil sənaye eksperti Leonid Xazanov bildirib.