Moldova Rusiya qazından məhrum olmaqla üzüzə qalıb
Icma.az bildirir, Ayna portalına istinadən.
Ölkənin “Qazprom”a borcu 709 milyon dollar təşkil edir
Moldova “Qazprom”un borclarına görə Rusiya qazından məhrum qalmaq riski ilə üzləşib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, ölkənin qaz borcu 709 milyon dollar təşkil edir. Ekspertlərin fikrincə, “Qazprom”un auditi bu məbləği təsdiqləyib.
Bildirilib ki, Moldovaya 433 milyon dollar məbləğində cərimələr nəzərə alınmadan borcunu ödəməyə icazə verilə bilər.
Materialda deyilir ki, əgər Moldova borcu qaytarmasa, o, Rusiya qazından məhrum qala bilər. Çünki müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi müqavilənin ləğvi üçün əsasdır.
“Moldova uzun illərdir ki, borc yığır. Açığı, Moldova hakimiyyəti Rusiya tərəfindən sonsuz səbrə ümid edir. Amma buna gec-tez son qoyulacaq”, - deyə müstəqil sənaye eksperti Leonid Xazanov bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Kişinyov “Qazprom”a qalan borcunu ödəmək niyyətində deyil.
Eyni zamanda, Moldovanın Baş nazirinin müavini Oleq Serebrian bildirib ki, Rusiya qazının Dnestryanıya nəqli dayandırılarsa, humanitar fəlakət baş verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 05 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















