Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq. Moldovanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, səfirə Kişinyovun Rusiyaya münasibətdə qeyri-dost addımları ilə bağlı etiraz edilib.
"Noyabrın 6-da Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri L.Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirə Moldovada keçirilən prezident seçkilərində ATƏT/DTİHB-nin monitorinq missiyasının tərkibində rəsmi Kişinyovun rusiyalı qısamüddətli müşahidəçilərə qarşı qeyri-dost diskriminasiya hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib.
Oktyabrın 20-də keçirilən səsvermənin birinci turu və Aİ-yə daxil olmaq üzrə konstitusiya referendumundan əvvəl Moldova hakimiyyəti Rusiyadan olan beş beynəlxalq müşahidəçinin akkreditasiyasına əsassız olaraq imtina edib.
Noyabrın 3-də Kişinyov hava limanında keçirilən ikinci turdan əvvəl ATƏT/DTİHB missiyasının üç rusiyalı üzvünə Moldova Mərkəzi Seçki Komissiyasında akkreditasiya olmasına baxmayaraq, Moldovaya buraxılmayıb", - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.
///apa Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.