Moldova səfiri Rusiya XİNə çağırılıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Moldovanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, səfirə Kişinyovun Rusiyaya münasibətdə qeyri-dost addımları ilə bağlı etiraz edilib.
"Noyabrın 6-da Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri L.Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Moldovada keçirilən prezident seçkilərində ATƏT/DTİHB-nin monitorinq missiyasının tərkibində rəsmi Kişinyovun rusiyalı qısamüddətli müşahidəçilərə qarşı qeyri-dost diskriminasiya hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib.
Oktyabrın 20-də keçirilən səsvermənin birinci turu və Aİ-yə daxil olmaq üzrə konstitusiya referendumundan əvvəl Moldova hakimiyyəti Rusiyadan olan beş beynəlxalq müşahidəçinin akkreditasiyasına əsassız olaraq imtina edib.
Noyabrın 3-də Kişinyov hava limanında keçirilən ikinci turdan əvvəl ATƏT/DTİHB missiyasının üç rusiyalı üzvünə Moldova Mərkəzi Seçki Komissiyasında akkreditasiya olmasına baxmayaraq, Moldovaya buraxılmayıb", - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.
///apa
Baxış sayı:129
Bu xəbər 06 Noyabr 2024 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















