Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 7 aprel, AZƏRTAC Aprelin 7-si Azərbaycan satirik ədəbiyyatının inkişafında mühüm rol oynayan, cəmiyyətin eybəcərliklərini kəskin tənqid edən “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çap olunduğu gündür.
AZƏRTAC bununla bağlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru, dosent Gülbəniz Babayevanın “Molla Nəsrəddin: tarixi şəxsiyyət, yoxsa mifik obraz?
sərlövhəli məqaləsini ixtisarla təqdim edir. Səkkiz əsrə yaxındır ki, Molla Nəsrəddin Anadoluda, Orta Asiyada - Türküstanda, Azərbaycanda, T
Kimdən bir lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.
Azərbaycanda onu Molla Nəsrəddin, Türkiyədə Nesreddin Hoca, Orta Asiyada – Türküstanda Xoca Nəsrəddin adlandırırlar.
O, elə əfsanələşib ki, hər bir xalq onu özününkü hesab edir. Əslində isə elə harada türk yaşayırsa o da oralıdır.
Nə qədər adı mifik bir obraz kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir.