“Molla Nəsrəddin” yolunun davamçısı | Icma.az
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İmzası Azərbaycan oxucularına yaxşı tanış olan Xeyrəddin Qocanın qələmindən indiyədək çoxlu sayda kitab çıxıb.
Onun yaratdığı obrazlar qalereyası barədə saatlarla müzakirələr açmaq mümkündür.
Bu dəfə isə Xeyrəddin Qocanın özü barədə yazılan kitab nəfis tərtibatla işıq üzü görüb.
“Molla Nəsrəddin yolu” adlanan yeni nəşrdə Xeyrəddin Qoca haqqında əvvəlki kitablarda dərc olunmayan son mətbu yazılar oxucuların mühakiməsinə verilib.
Tanınmış ictimai-siyasi xadimlərin, alimlərin, qələm adamlarının fikir, mülahizə və düşüncələri yazıçının 70 və 75 illik yubileyləri ərəfəsində ayrı-ayrı mətbu orqanlarda işıq üzü görüb.
Kitabda həmçinin Xeyrəddin Qocanın yeni hekayələri və pyesləri də dərc olunub.
Kitabın əsas məziyyəti barədə söhbət açsaq, müəlliflərin səmimiyyətini və kitabın qəhrəmanına xüsusi rəğbət bəsləmələrini ayrıca qeyd edə bilərik.
Tam oxu
Xəbəri oxu