Icma.az
close
up
RU
“Molla Nəsrəddin” yolunun davamçısı

“Molla Nəsrəddin” yolunun davamçısı

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İmzası Azərbaycan oxucularına yaxşı tanış olan Xeyrəddin Qocanın qələmindən indiyədək çoxlu sayda kitab çıxıb. Onun yaratdığı obrazlar qalereyası barədə saatlarla müzakirələr açmaq mümkündür. Bu dəfə isə Xeyrəddin Qocanın özü barədə yazılan kitab nəfis tərtibatla işıq üzü görüb. “Molla Nəsrəddin yolu” adlanan yeni nəşrdə  Xeyrəddin Qoca haqqında əvvəlki kitablarda dərc olunmayan son mətbu yazılar oxucuların mühakiməsinə verilib. Tanınmış ictimai-siyasi xadimlərin, alimlərin, qələm adamlarının fikir, mülahizə və düşüncələri yazıçının 70 və 75 illik yubileyləri ərəfəsində ayrı-ayrı mətbu orqanlarda işıq üzü görüb. Kitabda həmçinin Xeyrəddin Qocanın yeni hekayələri və pyesləri də dərc olunub.

Kitabın əsas məziyyəti barədə söhbət açsaq, müəlliflərin səmimiyyətini və kitabın qəhrəmanına xüsusi rəğbət bəsləmələrini ayrıca qeyd edə bilərik. Həm də düşünürük ki, kitabda yazıları yer alan müəlliflər üçün Xeyrəddin Qoca barədə yazmaq elə də çətin olmayıb. Çünki o, “qılaflı adam” deyil, olduğu kimi görünür və göründüyü kimi də var olan insandır.

Olduğu kimi görünən və göründüyü kimi var olan Xeyrəddin Qoca

Xeyrəddin Qocanı Azərbaycan ictimaiyyətinə xüsusi təqdim etməyə ehtiyac yoxdur. Onun bir neçə onilliyi əhatə edən səmərəli fəaliyyəti kifayət qədər məhsuldar və çoxşaxəli olması ilə fərqlənib. O, imzası ətrafında geniş oxucu auditoriyası toplamağı bacaran jurnalist-yazıçı olmaqla yanaşı, həm də Azərbaycan parlamentinin deputatı və diplomat kimi çalışıb. Xeyrəddin Qocanın xoşbəxtliyi ondadır ki, o, istər yaradıcılığında, istərsə də ictimai-siyasi fəaliyyətində əqidəsini, prinsiplərini qorumağı bacarıb və həmişə də həyata ədalət, doğru-düz prizmasından baxıb, vətənpərvər olub, haqqı nahaqqa verməyib. Buna görə də yaşının indiki zirvəsindən onu tanıyanların üzünə dik baxır, hansısa pis işinə, əyri əməlinə görə peşmançılıq hissi keçirmir. Yəni yüksəldiyi uca məqamlar, tutduğu vəzifələr Xeyrəddin Qocanı əsla dəyişməyib, o müxtəlif statuslarda olduğu kimi - sadə, xeyirxah, təvazökar, humanist, eyni zamanda, son dərəcə vicdanlı və məsuliyyətli qalmağı bacarıb. Bu, Xeyrəddin Qoca obrazıdır. Bəli, yuxarıda qeyd etdiyimiz kimi, o, hekayələrində, pyeslərində oxucularının sevdiyi çoxsaylı obrazlar yaradıb. Həmin obrazlar müxtəlif fərqli cəhətləri ilə yaddaşlarda qalır. Xeyrəddin Qocanın yaratdığı ən mükəmməl insan obrazı isə elə onu özüdür. Əgər Xeyrəddin Qoca obrazı belə mükəmməl olmasaydı, yəqin ki, o, ədəbiyyatda qəhrəmanlarının yaddaqalan obrazlarını yarada bilməzdi. O özünün fəlsəfəsindən çıxış etməklə əsərlərinin qəhrəmanlarının hər birinə fərqli rollar verib, fərqli missiyalar həvalə edib. Hər rolun arxasında da onun özü görünür, düşüncə tərzi hiss olunur, insanlara çatdırmaq istədiyi hisslər başa düşülür.

Kitabda yazıları dərc olunan müəlliflər Xeyrəddin Qocanı geniş oxucu auditoriyasına müxtəlif rakurslardan təqdim ediblər. “Heç şübhəsiz ki, Xeyrəddin Qoca, hər şeydən əvvəl, tanınmış qəzetçi-publisistdir. Fəal vətəndaş mövqeyi, cəmiyyət hadisələrinə aydın və cəsarətli münasibət , habelə qələm vərdişlərinin yetkinliyi onun publisistikasının səciyyəvi xüsusiyyətləridir. Azərbaycan mətbuatının mübariz ənənələri üstündə köklənmiş Xeyrəddin Qoca ölkəmizdə yeni tarixi mərhələnin publisistikasının əsas yaradıcılarından biridir”, -deyə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin kitaba daxil edilmiş məqaləsində vurğulanır.

Akademik Nizami Cəfərov Xeyrəddin Qocanı belə təqdim edir: “Xeyrəddin Qoca mətbuat orqanlarında işləməyə sadəcə reportaj, məlumat yazmaqla başlayıb, Azərbaycanın ən möhtəşəm qəzetlərindən biri olan “Yeni Azərbaycan” qəzetinin ilk baş redaktoru olub. Elə jurnalist var ki, bir qayda olaraq özünü cəmiyyətdən təcrid edir, yəni ictimai-siyasi proseslərdə iştirak etmir, sadəcə olaraq təhlillər aparır, faktları, hadisələri qeyd edir. Amma Xeyrəddin Qoca həm də ictimai-siyasi xadimdir, ictimai-siyasi proseslərdə fəal iştirak etmiş insandır. Azərbaycanın demokratik azadlıq hərəkatında öndə olan insanlardandır və qələmi ilə bərabər,  birbaşa ictimai-siyasi fəaiyyəti ilə də böyük xidmətlər göstərib, müasir tariximizdə adı olan bir insandır.

Ulu Öndər Heydər Əliyevin ən sadiq silahdaşlarından biri Kitabda toplanan məqalələrdə Xeyrəddin Qoca xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən alovlu təbliğatçılarından və sadiq silahdaşlarından biri kimi təqdim olunur. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru , filologiya üzrə fəlsəfə doktoru Alqış Musayevin yazdığı kimi, Xeyrəddin Qoca Heydər Əliyevin ifadəsi ilə desək, Onun tanımadığı adamlardan biri idi. Heydər Əliyevin tanımadığı adamlar isə antiəliyev kampaniyasına qarşı öz etiraz səslərini ucaldırdı. Onların sırasında Xeyrəddin Qoca öz cəsarəti ilə xüsusilə fərqlənirdi.

Xeyrəddin Qoca Azərbaycan cəmiyyətində ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində tanınmağa başlayıb. O dövr təlatümlü bir dövr idi. Sovet dönəminin xofu yaddaşlardan silinməmişdi. Bəziləri sürətlə cərəyan edən hadisələrin axarını, sabah nə baş verəcəyini aydın təsəvvür etməyərək mövqeyini bildirməkdən çəkinir, suların durulmasını gözləyirdi. Təbii ki, belə mövqesizlik Xeyrəddin Qocadan uzaq idi. Həmin təlatümlü dövrdə - hakimiyyətin dövləti idarə etmək iqtidarında olmadığı, müxtəlif qüvvələrin isə respublikanı vətəndaş qarşıdurmasına çəkdiyi bir zamanda ölkənin, xalqın yeganə xilaskarının - Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə dəvət edilməsi təşəbbüsü ilə çıxış edən ziyalılardan biri də Xeyrəddin Qoca idi. O, vətəndaş mövqeyi ilə qələmə aldığı çoxsaylı məqalələrində həm siyasi əleyhdarlarının cavabını verir, həm də uzaqgörən dövlət xadimi Heydər Əliyevin respublikanı xilas edəcək yeganə rəhbər ola biləcəyi ideyasının təbliğinə özünəməxsus töhfələr verirdi. O, Heydər Əliyev haqqında keçmiş İttifaqın və Azərbaycanın kommunist mətbuatında yazılan böhtan və iftiralara çoxsaylı yazıları ilə cavab verirdi. Bu yazılarına görə də müəllif təqiblərə məruz qalırdı. Əvvəlcə Azərbaycan Korlar Cəmiyyətinin orqanı olan “Dan Ulduzu” qəzetindəki redaktor vəzifəsindən, daha sonra “Mədəniyyət” qəzetində baş müxbir vəzifəsindən uzaqlaşdırılması da bu səbəblə bağlı idi. X.Qocanın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş silsilə məqalələri hakimiyyətdəkiləri qane etmir, o işindən kənarlaşdırılırdı. “Sərhəd” qəzetində isə cəmi 11 gün işlədi. Bu dəfə Xeyrəddin Qoca Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevlə görüşüb Ondan müsahibə almaq üçün Muxtar Respublikaya getmişdi. Geri qayıtdıqdan sonra qəzetin rəhbərliyi tərəfindən narazılıqla qarşılandı və bu görüş onun növbəti iş yerindən də uzaqlaşdırılması ilə nəticələnmişdi... “Mozalan” qəzetində redaktor müavini vəzifəsini tərk etməsi də eyni səbəblə bağlı idi. “O dövrü xatırlayanlar unutmayıb ki, 90-cı illərdə onun yaratdığı və baş redaktoru olduğu “Dan ulduzu” qəzeti əldən-ələ gəzirdi. Xeyrəddin müəllimin Heydər Əliyev haqqında yazılarını oxuyanlar təəccüblə bir-birlərindən soruşurdular: “Bu qurd ürəyi yeyən adam kimdir?”, - deyə Alqış Musayev məqaləsində Azərbaycan üçün taleyüklü dövrə ekskurs edib. Məqalədə bildirildiyi kimi, sualın cavabı  qısa və lakonik idi: Sadə bir jurnalist.

Bu sadə jurnalist Heydər Əliyevi qaragüruhun əsassız hücumlarından qorumaq üçün əlindən gələn hər şeyi etməyə hazır idi və edirdi də. Bu hətta onun həyatına və gələcək karyerasına ciddi təhdidlər yaratsa belə! Xeyrəddin Qocanın  həmin təlatümlü dönəmdə heç nədən çəkinmədən Heydər Əliyevin təbliğatını aparması onun Ulu Öndərə dərin rəğbətinin, inamının və təbii ki, cəsarətinin təcəssümü idi. Müstəqilliyimizin ilk illərində çətin vəziyyətdə qalan xalq nicat yolunu Heydər Əliyevin yenidən Azərbaycanın rəhbərliyinə gəlməsində görürdü və buna israr edirdi. Xeyrəddin Qoca dərin inamla  bu dalğanın, xalq hərəkatının ön cəbhəsində, Heydər Əliyevin yanında dayanmışdı.

Satira onun yaradıcılığından qırmızı xətt kimi keçir

Bir başqası olsaydı, respublikanın tanınmış ziyalılarının onun haqqında müxtəlif illərdə yazdıqları sanballı məqalələrdən ibarət kitaba daha cəlbedici ad seçərdi. Xeyrəddin Qoca isə məhz “Molla Nəsrəddin yolu” adının üstündə dayanıb ki, bu da təsadüfi deyil. Satira onun yaradıcılığından qırmızı xətt kimi keçir. Xeyrəddin Qoca məhz satiralarında özünü, hisslərini, həyata baxışlarını, vətənpərvərliyini və ziyalılığını daha dolğun və peşəkar şəkildə ifadə edib, desək, yanılmarıq. Kitabda məqalələri yer alan müəlliflər də Xeyrəddin Qocanın həyat və fəaliyyətinin müxtəlif cəhətlərinə diqqət çəkməklə yanaşı, onun satira yaradıcılığına xüsusi vurğu edirlər. Jurnalist Şahanə Müşfiq Xeyrəddin Qocanın 70 illik yubileyi münasibətilə yazdığı məqaləni “Güldürə-güldürə düşündürən yazıçı” adı altında təqdim edib. “Xeyrəddin Qoca adı çəkilərkən ilk növbədə yada satira, yumor düşür. Çünki yazıçı öz etirazını, ağrısını, kədərini, narazılığını məhz gülüş vasitəsilə çatdırır”, - deyə müəllif vurğulayır.

Zamanında “Molla Nəsrəddin” dərgisi ətrafında toplaşan yazıçılar, şairlər, jurnalistlər də həyatda gördükləri, rastlaşdıqları naqis cəhətlərlə, haqqın nahaqqa verilməsi ilə barışa bilmirdilər, heç nədən qorxmadan, çəkinmədən “Molla Nəsrəddin” vasitəsi ilə bütün bunlara etirazlarını bildirirdilər, xalqı təhsilə, maariflənməyə, dünya ilə ayaqlaşmağa, cəhalətdən, fanatizmdən uzaq olmağa çağırırdılar, eybəcərlikləri ifşa edirdilər. İllər ötsə də, ətrafımızda antipodlar yenə də var, yenə də maralların əyri əməlləri, qara-qura işləri, bir-birlərinə badalaq vurmaları ilə rastlaşırıq.  Ürəyində və ruhunda ziyalı yanğısı olan Xeyrəddin Qoca bunlarla barışa bilmir və “Molla Nəsrəddin”çilərin yolunu, ənənələrini davam etdirərək antipodları satira atəşinə tutur, Xeyrəddin Qoca satira yaradıcılığında marallarını yalnız tənqid etmək üçün seçmir, əksinə, onları gülüş hədəfinə çevirməklə cəmiyyətə yanğısını və mesajlarını çatdırır. Xeyrəddin Qoca müsahibələrinin birində   başqalarına nikbin təsir bağışlasa da, əslində, hər dərdi ürəyində çəkdiyini bildirib. Yazıçı etiraf edir ki, onun tənqidi də insanlara olan hədsiz sevgisindən irəli gəlir. O istəyir ki, cəmiyyətimizdə nöqsansız, eyibsiz insanlar çox olsun.

Təbii ki, satira cəsarət tələb edir. Tənqid yazanda maralların, antipodların xoşuna gəlmirsən, sənə qarşı qisasçılıq hissləri yaranır. Lakin bütün bunlar onu əsla çəkindirmir, O, müxtəlif sosial-ictimai problemləri daha iti qələmlə əsərlərinin mövzuzuna çevirir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xeyrəddin Qocanın xarakterindəki cəsarəti, qorxmaqlığı lakonik şəkildə belə təsvir edib: “Satirik olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır. Bu gün həyatımızda olan bir çox nöqsanları görmək və göstərmək böyük cəsarətdir. Xeyrəddin Qoca heç nədən və heç kimdən qorxmur”. 

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyul 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see151

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see147

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see140

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see128

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see128

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see123

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see119

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see119

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see118

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see118

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see118

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see118

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see118

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see118

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see117

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see117

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see116

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see116

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see116

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri