Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Fransada 14-cü turdan sonra lider dəyişdi.
Səfərdə “Anje”ni məğlub edən “Lans” artıq zirvənin yeni sahibidi. "Football-plus.az" xəbər verir ki, “qan-qızılılar” PSJ-ni arxada qoydu.
Fəaliyyətdə olan çempion səfərdə “Monako”ya uduzdu. 3-cü pillədə isə “Marsel” qərarlaşıb.
Roberto De Zerbinin komandası “Tuluza” ilə ev oyununda qələbəni əldən verməsəydi, zirvəyə şərik olacaqdı.Turun mərkəzi oyununda ötən mövsümün bürünc mükafatçısı ilə Fransa futbolunun hegemonu üz-üzə gəldi.
Sebastyan Pokonyoli “Monako”nun “sükanı arxasına” keçəndən bəri 6 oyunun 2-də qalib gələn, 1-də heç-heçə edən və 3-də uduzan “knyazlar” 8-ci pilləyə enmişdi.
Bütün oyunöncəsi proqnozlarda PSJ favorit göstərilirdi. Komandalar fasiləyə qolsuz bərabərliklə yollandı.
“Monako” 2-ci hissəyə inanılmaz dərəcədə yüksək motivasiya ilə çıxdı.
Düzdü, qonaqlar da boş dayanmır, müntəzəm təhlükəli vəziyyətlər yaradırdı. Hesab 68-ci dəqiqədə açıldı.