Icma.az
close
up
RU
“Monako” PSJ ni məğlub etdi, “Lans” “taxta oturdu”

“Monako” PSJ ni məğlub etdi, “Lans” “taxta oturdu”

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransada 14-cü turdan sonra lider dəyişdi. Səfərdə “Anje”ni məğlub edən “Lans” artıq zirvənin yeni sahibidi.

"Football-plus.az" xəbər verir ki, “qan-qızılılar” PSJ-ni arxada qoydu. Fəaliyyətdə olan çempion səfərdə “Monako”ya uduzdu. 3-cü pillədə isə “Marsel” qərarlaşıb. Roberto De Zerbinin komandası “Tuluza” ilə ev oyununda qələbəni əldən verməsəydi, zirvəyə şərik olacaqdı.
Turun mərkəzi oyununda ötən mövsümün bürünc mükafatçısı ilə Fransa futbolunun hegemonu üz-üzə gəldi. Sebastyan Pokonyoli “Monako”nun “sükanı arxasına” keçəndən bəri 6 oyunun 2-də qalib gələn, 1-də heç-heçə edən və 3-də uduzan “knyazlar” 8-ci pilləyə enmişdi. Bütün oyunöncəsi proqnozlarda PSJ favorit göstərilirdi. Komandalar fasiləyə qolsuz bərabərliklə yollandı.
“Monako” 2-ci hissəyə inanılmaz dərəcədə yüksək motivasiya ilə çıxdı. Düzdü, qonaqlar da boş dayanmır, müntəzəm təhlükəli vəziyyətlər yaradırdı. Hesab 68-ci dəqiqədə açıldı. Qolovin sol cinahdan cərimə meydançasına asma etdi və Minamino dəqiq zərbə ilə topu uzaq aşağı küncə göndərdi. Bundan sonra “knyazlar” hesabı qorumaq üçün oynadı. PSJ-nin hesabı bərabərləşdirmək cəhdləri isə nəticə vermədi. “Monako”nun 80-ci dəqiqədə azlıqda qalmasına baxmayaraq. Kapitan Kerer birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu. Yeri gəlmişkən, bu, “Monako”nun son 2,5 ildə PSJ üzərindəki ilk qələbəsidi. “Knyazlar” parisliləri sonuncu dəfə 2023-ün fevralında məğlub etmişdi (3:1).
PSJ-dən iki xal geri qalan “Lans” möhkəm ortabablardan “Anje”nin qonağı idi. Hesabı ilk yarının sonunda qonaqlardan Toven açdı. O, 74-cü dəqiqədə daha bir qol vurdu. İki dəqiqə sonra qollardan birinin əvəzini çıxan “Anje”nin bundan artığına gücü çatmadı. Əksinə, “Lans” 3-cü qolu vurmağa daha yaxın idi. Amma Sotokanın zərbəsi tirdən, Tovenin zərbəsi dirəkdən döndü.
“Marsel” də PSJ-ni arxada qoymaq şansına malik idi. Ancaq De Zerbinin qeyri-sabit nəticələr göstərən komandası evdə - “Tuluza” ilə oyunda qələbəni uzatma dəqiqələrində əldən verdi. Qonaqlar erkən qolla irəli çıxsa da, Payşao və Höybyerq 2-ci hissədə oyunun axarını dəyişdi. 2-ci uzatma dəqiqəsində “Marsel” şoka düşdü: yenicə meydana çıxan argentinalı İdalqo hesabı bərabərləşdirdi.
Səfərdə “Havr”ı çətinliklə məğlub edən “Lill” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Şimallı itlər” Buaddinin 52-ci dəqiqədə birbaşa “qırmızı” ilə qovulması üzündən azlıqda qalsalar da, 88-ci dəqiqədə sonradan meydana çıxan İqaman fərqləndi.
Turun son oyununda “Nant”ı qəbul edən “Lion” inamlı qələbə qazandı. Bu oyunda da birbaşa “qırmızı” oldu. Mvanqa 43-cü dəqiqədə “bülbüllər”i azlıqda qoydu. 2-ci hissədə Abner hesabı açdı, ardından uruqvaylı Satriano dubl etdi.
Turun qalan oyunlarına gəlincə, “Renn” səfərdə “Mets”ə yeganə qolla qalib gəldi. “Paris” – “Oser” oyunu heç-heçə bitdi, “Strasbur” evdə “Brest”ə, “Nitsa” səfərdə “Loryan”a uduzdu.
14-cü tur
Monako – PSJ 1:0

Minamino, 68. (11500)
Monako: Qradetski, Kerer, Salisu, Enrike, Kamara, Teze, Vanderson (Dyatta, 65), Akliuş, Qolovin (Fati, 72), Baloqan (Biret, 85), Minamino (Poqba, 86).
PSJ: Şevalye, Zair-Emeri, Markinyos, Paço, L.Ernandes, Neveş, Vitinya, Ruis (Ramuş, 83), Li Kan İn (Dembele, 64), Mayulu (Ncantu, 64), Kvaratsxeliya (Mbay, 76).
Marsel – Tuluza 2:2
Payşao, 66. Höybyerq, 74 – Emersonn, 14. İdalqo, 90+2. (65163)
Marsel: Rulyi, Vea, Pavar, Agerd (Balerdi, 76), Emerson (İqan-Rayli, 90), Nadir (Kondoqbia, 76), Höybyerq, Qrinvud, Qomes (Vaj, 46), Payşao (O’Rayli, 90), Obameyanq.
Mets – Renn 0:1
Ronjye, 22. (20291)
Paris – Oser 1:1
Kebbal, 32-p. – Dyomande, 40. (15007)
Strasbur – Brest 1:2
Amo-Ameyo, 11 – Del Kastilyo, 55-p. Manyetti, 82. (30017)
Anje – Lans 1:2
Cibirin, 76 – Toven, 45; 74. (12979)
Havr – Lill 0:1
İqaman, 88. (20689)
Loryan – Nitsa 3:1
Aberjel, 31. Sumano, 45+2; 53 – Avom, 12-öz qapısına. (15648)
Lion – Nant 3:0
Abner, 51. Satriano, 70; 77. (46449)
1. Lans 14 10 1 3 24-12 31
2. PSJ 14 9 3 2 27-12 30
3. Marsel 14 9 2 3 35-14 29
4. Lill 14 8 2 4 28-17 26
5. Renn 14 6 6 2 24-18 24
6. Lion 14 7 3 4 21-15 24
7. Monako 14 7 2 5 26-25 23
8. Strasbur 14 7 1 6 25-19 22
9. Tuluza 14 4 5 5 20-19 17
10. Nitsa 14 5 2 7 19-26 17
11. Brest 14 4 4 6 19-24 16
12. Anje 14 4 4 6 12-17 16
13. Paris 14 4 3 7 21-26 15
14. Havr 14 3 5 6 13-21 14
15. Loryan 14 3 5 6 18-28 14
16. Nant 14 2 5 7 12-22 11
17. Mets 14 3 2 9 14-31 11
18. Oser 14 2 3 9 8-20 9
Bombardirlər: Qrinvud (Marsel) – 10, Paniçelli (Strasbur) - 9, Lepol (Renn) – 8.
Turun rəqəmi
4 - "Marsel" bu mövsüm çempionatda buraxdığı 14 qoldan dördünü 90-cı dəqiqədə və ya sonra qapısında görüb. Yalnız "Loryan" son dəqiqələrdə “Marsel”dən daha çox (5) qol buraxıb.
Turun ulduzu
Florian Toven (Lans) – təcrübəli yarımmüdafiəçi dubl etməklə komandasını zirvəyə daşıdı. Uzaqdan gözəl zərbə ilə hesabı açdı, 74-cü dəqiqədə isə cərimə meydançasının küncündən vurduğu zərbədən sonra səkən top tora düşdü.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Bu qədər qeyri-dəqiqliyin və səhvlərin olduğu oyunda qalib gəlmək olmaz. Bu gün göstərdiyimiz oyunun səviyyəsi qəbuledilməzdi. Oyuna yenidən baxmalıyam ki, səhvləri daha aydın görüm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:320
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Dekabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri