Icma.az, GlobalInfo saytına istinadən bildirir. “Moody`s” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2026-cı ildə Azərbaycanın ümum
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə agentliyin hesabatında deyilir.
2027-ci ildə bu göstərici cüzi azalaraq ÜDM-in 23,8 %-nə düşəcək.
“Moody`s” 2025-ci ilin yekunlarına görə də dövlət borcunun eyni səviyyədə – ÜDM-in 23,8 %-i səviyyəsində olacağını gözləyir.
Eyni zamanda, agentliyin qiymətləndirməsinə görə, dövlət borcunun büdcə gəlirlərinə nisbəti, neft qiymətlərinin normallaşması və dövlət xərclərinin artması fonunda tədricən artacaq.
Beləliklə, bu göstərici büdcənin yüksək neft gəlirləri əldə etdiyi 2022-ci ildəki 41,6 %-dən sonrakı illərdə 75-80 %-ə qədər artacaq.
Xüsusilə, 2026-cı ildə onun 74,6 %, 2027-ci ildə isə 78,4 % səviyyəsində olacağı proqnozlaşdırılır.
Artıma baxmayaraq, bu səviyyə “Moody`s” tərəfindən fiskal dayanıqlılıq baxımından hələ də “komfort” həddə hesab edilir.