Moody`s : Azərbaycanın dövlət borcu 2026 2027 ci illərdə ÜDM in 24 % ni ötməyəcək
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“Moody`s” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2026-cı ildə Azərbaycanın ümumi dövlət borcu ÜDM-in 23,9 %-ni təşkil edəcək.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə agentliyin hesabatında deyilir.
2027-ci ildə bu göstərici cüzi azalaraq ÜDM-in 23,8 %-nə düşəcək. “Moody`s” 2025-ci ilin yekunlarına görə də dövlət borcunun eyni səviyyədə – ÜDM-in 23,8 %-i səviyyəsində olacağını gözləyir.
Eyni zamanda, agentliyin qiymətləndirməsinə görə, dövlət borcunun büdcə gəlirlərinə nisbəti, neft qiymətlərinin normallaşması və dövlət xərclərinin artması fonunda tədricən artacaq. Beləliklə, bu göstərici büdcənin yüksək neft gəlirləri əldə etdiyi 2022-ci ildəki 41,6 %-dən sonrakı illərdə 75-80 %-ə qədər artacaq. Xüsusilə, 2026-cı ildə onun 74,6 %, 2027-ci ildə isə 78,4 % səviyyəsində olacağı proqnozlaşdırılır. Artıma baxmayaraq, bu səviyyə “Moody`s” tərəfindən fiskal dayanıqlılıq baxımından hələ də “komfort” həddə hesab edilir.
Agentlik həmçinin dövlət borcuna xidmət yükünün aşağı qalacağını gözləyir. Proqnozlara görə, faiz ödənişləri büdcə gəlirlərinin 6-7 % səviyyəsini ötməyəcək: 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 6,1 % olacağı gözlənilir.
“Moody`s”in proqnozları “Brent” neftinin 2025-ci ildə bir barel üçün 69 ABŞ dolları, 2026-2027-ci illərdə isə 60 ABŞ dolları səviyyəsində orta qiymət ehtimallarına əsaslanır. Ortamüddətli perspektivdə qiymətlərin bir barel üçün 55-75 ABŞ dolları arasında dəyişəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 21 Yanvar 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















