Morata gəldiyi yerə geri dönür

20.07.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qalatasaray"ın "Milan"dan icarəyə götürdüyü Alvaro Morata İtaliyaya qayıdacaq.

Apasport.az xəbər verir ki, "Komo" ispaniyalı hücumçunun keçidini həll edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İstanbul nəhəngi 6 aylıq müqaviləsi qalan 32 yaşlı forvardın gedişindən 6 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı bu ilin fevral ayında icarəyə götürüb. İspaniya millisinin kapitanı "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ-nin futbolçusu Portuqaliya klubunda Fransalı forvard “Liverpul”un radarında Reşford addım-addım “Barsa”ya Sabiq “Yuventus”lu yenidən A Seriyasında - RƏSMİ Osimhenin İstanbula gəliş tarixi açıqlanıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью