Morata gəldiyi yerə geri dönür
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qalatasaray"ın "Milan"dan icarəyə götürdüyü Alvaro Morata İtaliyaya qayıdacaq.
Apasport.az xəbər verir ki, "Komo" ispaniyalı hücumçunun keçidini həll edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İstanbul nəhəngi 6 aylıq müqaviləsi qalan 32 yaşlı forvardın gedişindən 6 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, "Qalatasaray" Alvaro Moratanı bu ilin fevral ayında icarəyə götürüb. İspaniya millisinin kapitanı "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

