Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
‘'Qalatasaray''dan ayrılması gündəmdə olan Alvaro Morata ilə bağlı yeni xəbərlər var.
Məlum olduğu kimi tanınmış ispaniyalı forvard Türkiyə çempionunun heyətində qalmaq istəmir.
O, həmyerlisi Fransesk Fabreqasın çalışdırdığı A seriyası təmsilçisi ''Komo''ya yollanmaq arzusundadı.
Ancaq ''Tuttosport''un məlumatına görə Moratanın ''Komo''ya keçidində ''Qalatasaray'' üzündən problem yaranıb.
Belə ki, ''sarı-qırmızılar'' Viktor Osimhenin transferi tamamlanmayana qədər Moratanı əldən buraxmaq istəmir.
İyulun 15-nə qədər xüsusi icazəli olan 32 yaşlı futbolçu artıq ''Qalatasaray''ın düşərgəsindədi və qeyd olunan tarixdən etibarən komanda ilə birlikdə məşqlərə çıxmağa başlayıb.
Buna baxmayaraq Moratanın ''Komo''ya yollanmaq arzusu hələ də qüvvədədi. Onun menecerləri də rəhbərliyə bununla bağlı məlumat ötürüblər.