Icma.az
close
up
RU
Morata Qalatasaray da məşqlərə başlasa da...

Morata Qalatasaray da məşqlərə başlasa da...

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

‘'Qalatasaray''dan ayrılması gündəmdə olan Alvaro Morata ilə bağlı yeni xəbərlər var.
Məlum olduğu kimi tanınmış ispaniyalı forvard Türkiyə çempionunun heyətində qalmaq istəmir. O, həmyerlisi Fransesk Fabreqasın çalışdırdığı A seriyası təmsilçisi ''Komo''ya yollanmaq arzusundadı. Ancaq ''Tuttosport''un məlumatına görə Moratanın ''Komo''ya keçidində ''Qalatasaray'' üzündən problem yaranıb.
Belə ki, ''sarı-qırmızılar'' Viktor Osimhenin transferi tamamlanmayana qədər Moratanı əldən buraxmaq istəmir. İyulun 15-nə qədər xüsusi icazəli olan 32 yaşlı futbolçu artıq ''Qalatasaray''ın düşərgəsindədi və qeyd olunan tarixdən etibarən komanda ilə birlikdə məşqlərə çıxmağa başlayıb. Buna baxmayaraq Moratanın ''Komo''ya yollanmaq arzusu hələ də qüvvədədi. Onun menecerləri də rəhbərliyə bununla bağlı məlumat ötürüblər. Yəni Morata hazırda sadəcə müqavilə ilə bağlı olduğu üçün ''Qalatasaray''da bir növ məcburən məşqlərə çıxır.
Digər tərəfdən Moratanın ''Komo''ya transferinin hansı sxemlə reallaşacağı bəlli deyil. Çünki ''Qalatasaray'' qışda Moratanı birilliyə icarəyə götürüb və bunun qarşılığında ''Milan''a 6 milyon avro ödənilib. İndi futbolçunun 6 aydan sonra klubu tərk etmək durumu yarandığından ''Cim-Bom'' da haqlı olaraq 6 milyon avronun yarısını, yəni 3 milyon avronu geri istəyir. Bu baxımdan ''Qalatasaray''la ''Milan'' arasında danışıqlar davam edir.
Ona görə də indi bu futbolçunun yeni mövsümə hansı klubda başlayacağı heç kimə, hətta onun özünə də bəlli deyil. Xatırladaq ki, İspaniya yığması ilə Avropa Çempionluğunu qazanan Morata ''Qalatasaray''da 16 oyunda iştirak edərək aktivinə 7 qol, 3 məhsuldar ötürmə yazıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri