MOSKVA AĞ EVƏ “ÖZƏL ŞƏRTLƏRİNİ” GÖNDƏRİB Ukrayna ilə bağlı sənəddə nə deyilir? | Icma.az
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya ABŞ-yə Ukrayna münaqişəsinin nizamlanması üçün şərtlərini əks etdirən qeyri-rəsmi diplomatik sənəd təqdim edib.“AzPolitika” xəbər verir ki, üç məlumatlı mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, həftəsonu göndərilən özəl kommünikedə Moskva bütün Donbas vilayətinə nəzarət tələbini təkrarlayıb.
Bu, Prezident Donald Trampın hazırkı cəbhə xətti boyunca münaqişəni dondurmaq təklifinə ziddir.“Reuters”-ə danışan ABŞ rəsmilərindən birinin sözlərinə görə, Rusiya israr edir ki, hər hansı potensial sülh sazişinin bir hissəsi kimi NATO qoşunları Ukrayna ərazisinə yerləşdirilməməlidir.
Agentlik vurğulayır ki, kommünike qeyri-rəsmidir və “bir tərəfin mövqeyini digər tərəfə çatdırmaq” məqsədi daşıyır.Qeyd edək ki, oktyabrın 16-da Donald Tramp Vladimir Putinlə telefonla danışıb, bundan sonra o, yaxın iki həftə ərzində Budapeştdə Rusiya başçısı ilə görüşmək niyyətində olduğunu bildirib.
Ertəsi gün “Reuters”-in xəbərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşdə Tramp Kremlin təklif etdiyi sazişi təqdim edib.
Bu saziş Zaporojye və Xerson vilayətlərinin kiçik hissələrinin əvəzində bütün Donbasın Rusiyaya verilməsini nəzərdə tutur.
Zelenski bu variantı rədd edib. Ukrayna Prezidenti son çıxışında deyib ki, ucsuz-bucaqsız ərazisi olan Rusiya kimi ölkənin Ukraynada cəmi bi
Kiyevin imtinasından sonra Tramp açıq şəkildə cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasını dəstəklədiyini bildirib.
Tam oxu
Xəbəri oxu