Icma.az
close
up
RU
MOSKVA AĞ EVƏ “ÖZƏL ŞƏRTLƏRİNİ” GÖNDƏRİB Ukrayna ilə bağlı sənəddə nə deyilir?

MOSKVA AĞ EVƏ “ÖZƏL ŞƏRTLƏRİNİ” GÖNDƏRİB Ukrayna ilə bağlı sənəddə nə deyilir?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya ABŞ-yə Ukrayna münaqişəsinin nizamlanması üçün şərtlərini əks etdirən qeyri-rəsmi diplomatik sənəd təqdim edib.

“AzPolitika” xəbər verir ki, üç məlumatlı mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, həftəsonu göndərilən özəl kommünikedə Moskva bütün Donbas vilayətinə nəzarət tələbini təkrarlayıb. Bu, Prezident Donald Trampın hazırkı cəbhə xətti boyunca münaqişəni dondurmaq təklifinə ziddir.

“Reuters”-ə danışan ABŞ rəsmilərindən birinin sözlərinə görə, Rusiya israr edir ki, hər hansı potensial sülh sazişinin bir hissəsi kimi NATO qoşunları Ukrayna ərazisinə yerləşdirilməməlidir. Agentlik vurğulayır ki, kommünike qeyri-rəsmidir və “bir tərəfin mövqeyini digər tərəfə çatdırmaq” məqsədi daşıyır.

Qeyd edək ki, oktyabrın 16-da Donald Tramp Vladimir Putinlə telefonla danışıb, bundan sonra o, yaxın iki həftə ərzində Budapeştdə Rusiya başçısı ilə görüşmək niyyətində olduğunu bildirib. Ertəsi gün “Reuters”-in xəbərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşdə Tramp Kremlin təklif etdiyi sazişi təqdim edib. Bu saziş Zaporojye və Xerson vilayətlərinin kiçik hissələrinin əvəzində bütün Donbasın Rusiyaya verilməsini nəzərdə tutur. 

Zelenski bu variantı rədd edib. Ukrayna Prezidenti son çıxışında deyib ki, ucsuz-bucaqsız ərazisi olan Rusiya kimi ölkənin Ukraynada cəmi bir neçə kilometr əraziyə nədən ehtiyacının olduğunu anlamır.

Kiyevin imtinasından sonra Tramp açıq şəkildə cəbhə xəttində hərbi əməliyyatların dayandırılmasını dəstəklədiyini bildirib. Ukrayna danışıqlar üçün əsas kimi bu ideyanı dəstəkləyib, lakin Moskva bu təklifi rədd edib.

Ağ Evdəki mənbə “Reuters” agentliyinə bildirib ki, Putinin güzəştə getməyə hazır olmadığı aydınlaşdıqdan sonra Tramp onunla “yaxın gələcəkdə” görüşməmək qərarına gəlib. Başqa bir mənbə vurğulayıb ki, Ankoric danışıqlarından sonra Kremlin mövqeyi dəyişməyib və Moskva indiki sərhədlər boyu hərbi əməliyyatları dayandırmaqdan imtina etməkdə davam edir.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Oktyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri