Moskva da Minsk qrupundan əl çəkir | Icma.az
Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Rusiya ATƏT-in 30 il bundan əvvəl Qarabağ münaqişəsi üzrə yaradılmış Minsk qrupunun buraxıl
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib.
Diplomat qeyd edib ki, Rusiya ATƏT-in digər üzvləri ilə birlikdə konsensus prinsipi əsasında qərarın qəbul edilməsində birbaşa iştirak edib: “Biz bu addımı düzgün hesab edirik və o, regionda vəziyyətin köklü dəyişməsi baxımından əsaslandırılıb”.
M.Zaxarova onu da bildirib ki, Minsk qrupu institutlarının ləğvi təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur.
Əslində, Rusiya XİN sözçüsünün ATƏT-in Minsk qrupunun buraxılmasına verdiyi qiymət Moskvanın regionda yaranmış yeni reallıqları qəbul etməsi baxımından əhəmiyyətlidir.
Onun açıqlamasına əsasən, Minsk qrupunun buraxılması qərarı ATƏT üzvləri arasında konsensus əsasında qəbul olunub və Rusiya da bu qərara səs verib.
Bu yanaşma Rusiyanın postmünaqişə dövründə regionda yaranmış reallığa uyğun siyasət yürütməkdə maraqlı olduğunu göstərir.
Qərarın birtərəfli deyil, beynəlxalq təşkilat çərçivəsində qəbul edilməsi onun legitimliyini artırır və siyasi iradənin birgə ifadəsini göstərir.
Tam oxu
Xəbəri oxu