Icma.az
close
up
RU
Moskva da Minsk qrupundan əl çəkir

Moskva da Minsk qrupundan əl çəkir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Rusiya ATƏT-in 30 il bundan əvvəl Qarabağ münaqişəsi üzrə yaradılmış Minsk qrupunun buraxılması ilə bağlı qərarını haqlı sayır. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə deyib.

Diplomat qeyd edib ki, Rusiya ATƏT-in digər üzvləri ilə birlikdə konsensus prinsipi əsasında qərarın qəbul edilməsində birbaşa iştirak edib: “Biz bu addımı düzgün hesab edirik və o, regionda vəziyyətin köklü dəyişməsi baxımından əsaslandırılıb”.

M.Zaxarova onu da bildirib ki, Minsk qrupu institutlarının ləğvi təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur. Əslində, Rusiya XİN sözçüsünün ATƏT-in Minsk qrupunun buraxılmasına verdiyi qiymət Moskvanın regionda yaranmış yeni reallıqları qəbul etməsi baxımından əhəmiyyətlidir. Onun açıqlamasına əsasən, Minsk qrupunun buraxılması qərarı ATƏT üzvləri arasında konsensus əsasında qəbul olunub və Rusiya da bu qərara səs verib. Bu yanaşma Rusiyanın postmünaqişə dövründə regionda yaranmış reallığa uyğun siyasət yürütməkdə maraqlı olduğunu göstərir. Qərarın birtərəfli deyil, beynəlxalq təşkilat çərçivəsində qəbul edilməsi onun legitimliyini artırır və siyasi iradənin birgə ifadəsini göstərir. Bəli, Zaxarovanın açıqlaması rəsmi Moskvanın Bakının mövqeyini dəstəklədiyi anlamına gəlir. Onun “Minsk institutlarının məhdudlaşdırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur” sözləri prosesin regional dövlətlərin iradəsinə əsaslanaraq həyata keçirildiyini təsdiqləyir. Bu mövqe bölgədə qərarverici rolun artıq region ölkələrinin öhdəsinə keçdiyini və xarici vasitəçilik institutlarının aktuallığını itirdiyi ilə barışdığını göstərir.

Bu açıqlama Azərbaycan–Rusiya münasibətlərində yaranmış gərginliyin aradan qaldırılmasından, regionun gələcəyi üçün əhəmiyyətli əməkdaşlıq perspektivlərinin formalaşmasından xəbər verirmi? Fikrimizcə, sualın birmənalı cavabı hələ tam yetişməyib. Bu yöndə müşahidə edilən pozitiv çalar odur ki, iki ölkə arasında soyumuş münasibətlərin müxtəlif istiqamətlər üzrə istiləşməyə doğru getməsi, xüsusilə təhlükəsizlik və sabitlik məsələlərində ortaq mövqelərin formalaşması hiss olunmaqdadır. Eyni zamanda, Minsk qrupunun buraxılması ilə bağlı Rusiyanın rəsmi mövqeyi həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də regional əməkdaşlığın yeni mərhələyə keçməsinə töhfə verə bilər.

Yada salaq ki, Azərbaycan uzun illər ərzində Minsk qrupunun fəaliyyətsizliyindən narazı idi. Bu baxımdan, Rusiyanın mövcud reallıqları qəbul etməsi və regional təşəbbüslərə önəm verməsi onun Bakının siyasi iradəsinə və mövqeyinə hörmətlə yanaşdığını göstərir. Yəqin, Kreml regionla bağlı siyasətini yeni geosiyasi şəraitə uyğun şəkildə qurmağa çalışacaq. Bu, Bakı–Moskva xəttində yaranmış gərginliklərdən sonra münasibətlərdə müsbət dəyişikliklərdən xəbər verir. 

Hazırkı mərhələdə Azərbaycan və Rusiya arasında münasibətlərin əsas prioritetləri sülh prosesinin təşviqi, nəqliyyat və enerji layihələrinin reallaşdırılması, regional iqtisadi inteqrasiyanın gücləndirilməsi kimi sahələri əhatə edir. Bu kontekstdə Moskvanın Minsk qrupunun ləğvi ilə bağlı sərgilədiyi mövqe Bakı ilə konstruktiv və reallığa söykənən münasibətlərin inkişafına meyilli olduğuna inanmaq istərdik.

Görünən odur ki, Minsk qrupunun fəaliyyətinin dayandırılması təkcə simvolik  addım deyil, həm də Azərbaycan–Rusiya münasibətlərində qarşılıqlı etimadın tədricən artdığını nümayiş etdirir. Bu hadisə həm də regionda uzunmüddətli sabitliyin və davamlı sülhün təmin olunmasına yönələn səylərin daha konkret və məhsuldar mexanizmlərlə əvəz olunması üçün əlverişli zəmindir.

Cənubi Qafqazda başlanmış yeni dövr region ölkələri arasında birbaşa dialoq və əməkdaşlıq üzərində qurulan yeni münasibətlərin qurulmasını şətləndirir. Onu da qeyd edək ki, bununla yanaşı, Moskva Azərbaycanla münasibətlərdə daha bir mühüm məqamı da gündəmə gətirib. M. Zaxarova bildirib ki, Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı ilə konsulluq əməkdaşlarının görüşməsi üçün rəsmi şəkildə sorğular göndərilib. Lakin hələlik bu sorğulara rəsmi Bakıdan cavab verilməyib. Rusiya tərəfi ümid edir ki, bu məsələdə razılıq əldə olunacaq və proses humanitar jest kimi ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək. Rusiya XİN sözçüsünün fikrincə, konsulluq əməkdaşlarının həbsdə olan vətəndaşlarla görüşməsi və onların səhhəti ilə bağlı məlumat alınması beynəlxalq hüquqa əsaslanan normal prosedurdur və tərəflər arasında etimadın möhkəmlənməsi üçün önəmlidir.

Deməli, Moskva bu məsələni təkcə diplomatik və hüquqi çərçivədə deyil, həm də humanitar aspektdə qiymətləndirir. Bu arada Rusiya Baş nazirinin müavini Aleksey Overçuk çıxışında qeyd edib ki, saxlanılan 13 Rusiya vətəndaşının taleyi Moskvanı narahat edir və onların tezliklə vətənlərinə qaytarılacağına ümid bəslənilir. O, həmçinin bildirib ki, Azərbaycan rəhbərliyinin məsələyə anlayışla yanaşacağına inanır və bu, iki ölkə arasında münasibətlərin yaxınlaşmasına xidmət edə bilər.

Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Rusiya bu kimi humanitar məsələlərin siyasi münasibətlərin inkişafına birbaşa təsir göstərdiyini açıq şəkildə vurğulayır. Amma burda bir məsələ də var. Rusiya ərazisində həbs olunan azərbaycanlılar, diaspora rəhbərləri var. Əgər Moskva öz vətəndaşlarına qarşı humanistlik tələb edirsə, eyni münasibəti azərbaycanlılara qarşı da sərgiləməlidir. Belə olan təqdirdə ədalət prinsipi qorunmuş olar və  ikitərəfli müçasibətlərə müsbət təsir göstərər. 

Ümumiyyətlə, konsulluq əməkdaşlığının təmin olunması və vətəndaşların hüquqlarının qorunması, sadəcə, texniki və ya hüquqi məsələ deyil. Bu, həm də qarşılıqlı etimadın göstəricisi və siyasi münasibətlərin sağlam zəmin üzərində qurulmasına xidmət edər. Belə məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunması, humanitar əlaqələrin gücləndirilməsi diplomatik münasibətlərdə dayanıqlılıq qazanır və hər iki tərəfin maraqlarına xidmət edir.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bu barədə XQ-yə dedi ki, Minsk qrupunun ləğvi ilə bağlı Rusiyanın yanaşması təbii ki, bizi tam qane edir: “Burda müəyyən məqamlar da var. Bu məqamlar ondan ibarətdir ki, Moskva, əlbəttə, başa düşür ki, ATƏT-in Minsk qrupunda Qərb ölkələri çoxluq təşkil edir. Bu isə Rusiyanın maraqlarına cavab verməyn bir amildir. Amma bütün hallarda, rəsmi Moskva Minsk qrupunun ləğv edilməsini dəstəkləyirsə, bu, bizi tam qane edən yanaşmadır. 

Məsələ ilə bağlı Azərbaycanın mövqeyi dəfələrlə bəyan edilib, bu istiqamətdə konkret diplomatik addımlar atılıb. Və sonda Minsk qrupunun ləğvinə nail olmağı bacardıq. Artıq Rusiya da bunu başa düşür. Bu ölkənin XİN sözçüsünün belə bir ifadəsi, əlbəttə, bizim maraqlarımıza tam uyğubdur. İki tərəfli əlaqələrin inkişafında müsbət rol oynayacaq”.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri