Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır. Moskva vilayətində müdafiə müəssisəsinin rəhbərinə qarşı Ukrayna xüsusi xidmət orqan
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, Moskva vilayətində terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər əvvəllər Ukraynadan olan telefon fırıldaqçılarına kömək ediblər.
Qeyd olunub ki, saxlanılan şəxslər müdafiə müəssisəsi rəhbərinin avtomobilini partlatmağa hazırlaşdıqlarını etiraf ediblər.
İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsindən isə bildirilib ki, hərbi sənaye kompleksi müəssisəsinin rəhbərinə qarşı terror aktı planlaşdırdıqları üçün saxlanılan şəxslərə 1 milyon rubl veriləcəyi vəd edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.