Moskvada müdafiə müəssisəsinin rəhbərinə qarşı terror aktının qarşısı alınıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Moskva vilayətində müdafiə müəssisəsinin rəhbərinə qarşı Ukrayna xüsusi xidmət orqanlarının təşkil etdikləri terror aktının qarşısı alınıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, Moskva vilayətində terror aktı hazırlamaqda şübhəli bilinən şəxslər əvvəllər Ukraynadan olan telefon fırıldaqçılarına kömək ediblər.
Qeyd olunub ki, saxlanılan şəxslər müdafiə müəssisəsi rəhbərinin avtomobilini partlatmağa hazırlaşdıqlarını etiraf ediblər. İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsindən isə bildirilib ki, hərbi sənaye kompleksi müəssisəsinin rəhbərinə qarşı terror aktı planlaşdırdıqları üçün saxlanılan şəxslərə 1 milyon rubl veriləcəyi vəd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 25 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















