Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir. Ötən gecə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində - Əhməd Rəcəbli küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişməsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadənin sürdüyü “Renault Megane” markalı avtomobillə 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi “İhondza FX32” markalı motosikletin toqquşması nəticəsində sonuncu vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.